Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.
Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.
Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.
Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olundu.













ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Ceyhun Bayramov: Azərbaycan AQEM-in transformasiyasına və dayanıqlı inkişafa töhfə verəcək
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Zamanın sınağından keçən siyasi iradə: Yeni Azərbaycan Partiyasının tarixi missiyası
Leyla və Arzu Əliyevalar Vyetnam qəhvəsi hazırlayıblar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
Günün fotosu
Alyona Əliyeva mükafatlandırma mərasimində
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
Süni intellekt əsaslı “iDOST” layihəsi beynəlxalq platformada təqdim olunub
XƏBƏRDARLIQ
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib
Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində müasir peşə hazırlığı mərkəzi istifadəyə verilib
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qubadlıdan olan vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı