Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən məhkumların peşə hazırlığının təşkili, onların əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri də cəzaçəkmə müəssisələrində sahibkarların (işəgötürənlərin) iştirakı ilə müxtəlif sahələr üzrə peşə təhsili və təlim proqramlarının həyata keçirilməsidir. Bu məqsədlə Ədliyyə Nazirliyi tərəfindən cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və təlimlərin keçirilməsi, habelə cəza çəkməkdən azad edilmiş məhkumları işə götürmə istiqamətlərində dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutan “N.Ə.F.Ə.S.” (Nailiyyət, Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə start verilib.
Layihə çərçivəsində ilk əməkdaşlıq “Azərişıq” ASC ilə qurulub. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığının təşkili və praktiki bacarıqlarının artırılması məqsədilə Ədliyyə Nazirliyi və “Azərişıq” ASC-nin birgə peşə hazırlığı mərkəzi yaradılıb.
Noyabrın 18-də ədliyyə naziri Fərid Əhmədov və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov N.Ə.F.Ə.S. peşə hazırlığı mərkəzində olublar. Fərid Əhmədov və Vüqar Əhmədov mərkəzdə yaradılmış şəraitlə tanış olub, təlim prosesinin təşkili ilə maraqlanıb, eləcə də “Elektrik montyoru” peşə ixtisası üzrə təlimləri uğurla başa vuran məhkumlarla görüşüblər.
Tədbirdə “Elektrik montyoru” peşə ixtisası üzrə təlim proqramını uğurla başa vuraraq müvafiq peşə bacarıqlarına yiyələnən 22 məhkuma sertifikatlar təqdim edilib. Həmçinin təlim proqramını uğurla başa vurmuş və cəza müddəti tamamlanmış şəxslərdən biri “Azərişıq” ASC-də müvafiq ixtisas üzrə işlə təmin olunub, tədbirdə ona iş vəsiqəsi təqdim edilib.
Qeyd edək ki, yeni peşə hazırlığı mərkəzi tədris otaqlarından və geniş təlim meydançasından (təcrübə poliqonu) ibarətdir. Mərkəzin tədris otaqları və təcrübə poliqonu müvafiq tədris istiqamətlərinə uyğun olaraq, ümumilikdə 128 adda 650 ədəddən çox zəruri texniki alət, avadanlıq, qurğu və məlumatverici lövhə, eləcə də tədris materialları ilə təchiz edilib.
Mərkəzdə əmək bazarının tələbləri və “Azərişıq” ASC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla elektrik montyoru, uçota nəzarət və sayğacquraşdırma, elektrik çilingəri, elektrik qaynaqçısı, texnik-operator peşə istiqamətləri üzrə təlimlərin təşkili planlaşdırılır.
Mərkəzdə eyni vaxtda 75-80 məhkumun tədris alması üçün imkanlar mövcuddur. Ümumilikdə, Mərkəzdə il ərzində müvafiq istiqamətlər üzrə 500-550 məhkuma təlimlərin keçirilməsi nəzərdə tutulur. Hazırda növbəti qruplar üzrə təlimlər davam etdirilir. Peşə hazırlığı proqramlarına məhkumlar tərəfindən yüksək maraq göstərilir.
“Azərişıq” ASC ilə əldə edilmiş razılığa əsasən digər cəzaçəkmə müəssisələrində də müvafiq peşə hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.
“N.Ə.F.Ə.S.” layihəsi məhkumların peşə bacarıqlarına yiyələnməsi ilə yanaşı, onların cəmiyyətə reinteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və təkrar cinayət törətmə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, əmək bazarında tələbat olan digər peşələr üzrə təlim proqramlarının təşkili və uğurlu təcrübənin müxtəlif cəzaçəkmə müəssisələrində tətbiqi nəzərdə tutulur.


Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Media subyektləri və fərdi jurnalist müsabiqələrinin keçirilməsi qaydalarında yeniliklər açıqlanıb
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Zamanın sınağından keçən siyasi iradə: Yeni Azərbaycan Partiyasının tarixi missiyası
Leyla və Arzu Əliyevalar Vyetnam qəhvəsi hazırlayıblar
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
Günün fotosu
Alyona Əliyeva mükafatlandırma mərasimində
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
Süni intellekt əsaslı “iDOST” layihəsi beynəlxalq platformada təqdim olunub
XƏBƏRDARLIQ
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
Aqrar Sığorta Fondu İmişlidə fermerə aqrar sığorta ödənişi edib
Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Qubadlıdan olan vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı