Media subyektləri və fərdi jurnalist müsabiqələrinin keçirilməsi qaydalarında yeniliklər açıqlanıb

AZƏRBAYCAN RESPUBLİKASI MEDİA VƏ YAYIM ŞURASININ
QƏRARI
№ Q/02
Bakı şəhəri 11 noyabr 2026-cı il
“Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları”nın və “Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Media və Yayım Şurası (bundan sonra – Şura) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 47.1.2-ci, 47.1.9-3-cü, 47.1.9-7-ci və 47.1.9-8-ci maddələrini rəhbər tutaraq
qərara alır:
1. “Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3. Şuranın Aparatının Hüquq şöbəsinin müdiri Ülkər İsgəndərliyə tapşırılsın ki, bu Qərarın və onunla təsdiq edilmiş Qaydaların qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edildiyi gündən 3 (üç) gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Şuranın Aparatının Kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Saidə Şəfiyevaya tapşırılsın ki, bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində rəsmi dövri mətbu nəşrdə dərc edilməsi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında, eləcə də qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Media və Yayım Şurasının internet informasiya ehtiyatında yerləşdirilməsini təmin etsin.
5. Şura Aparatının aidiyyəti struktur bölmələri bu Qərar qüvvəyə mindikdən sonra onunla təsdiq edilmiş Qaydaların tətbiqi ilə əlaqədar zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
6. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
7. Bu Qərarın icrasına nəzarət Şura sədrinə həvalə edilsin.
Şura sədri Əhməd İsmayılov
|
|
Azərbaycan Respublikası Media və Yayım Şurasının 11.11.2026-cı il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Media haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 47.1.9-7-ci və 47.1.9-8-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Media və Yayım Şurası (bundan sonra – Şura) tərəfindən media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə keçirilən müsabiqə (bundan sonra – müsabiqə) ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Müsabiqənin məqsədi çap mediası və onlayn media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək və bununla əlaqədar maliyyə yardımı göstərməkdir.
1.3. Müsabiqənin başlama və bitmə tarixləri, habelə çap mediası subyektləri üzrə və onlayn media subyektlərinin hər bir məzmun istiqaməti üzrə qalib elan ediləcək müsabiqə iştirakçılarının sayı Şura tərəfindən müəyyən olunur.
1.4. Müsabiqə barədə elan Şuranın rəsmi internet informasiya ehtiyatında, habelə sosial şəbəkə platformalarındakı rəsmi hesablarında yerləşdirilir.
1.5. Müsabiqələr bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
2.1.1. “Google Analytics” hesabı – “Google Analytics” veb-analitika xidmətində onlayn media subyektinin veb-saytı üzrə istifadəçi davranışı, ziyarətçi sayı, trafik mənbələri və digər auditoriya göstəriciləri barədə məlumatların toplandığı və təhlil edildiyi hesab;
2.1.2. ümumi səhifə baxışları (“pageviews”) – qiymətləndirmə dövrü ərzində onlayn media subyektinin veb-saytının səhifələrinə baxışların ümumi sayı;
2.1.3. “Metrix” – veb-saytların ziyarətçi sayı, trafik göstəriciləri və istifadəçi aktivliyi barədə statistik məlumatların toplanılmasını və təhlilini təmin edən veb-təhlil aləti;
2.1.4. mənbə kodu – proqram təminatının işləməsini və funksional imkanlarını müəyyən edən, proqramlaşdırma dilində yazılmış təlimat və ifadələr toplusu;
2.1.5. qarşılıqlı əlaqə sayı (“engagement”) – qiymətləndirmə dövrü ərzində sosial şəbəkə hesabında dərc olunmuş paylaşımlara (“post”) verilmiş bəyənmələrin, şərhlərin, təkrar paylaşımların (“share”) və saxlamaların ümumi sayı;
2.1.6. paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı (“average engagement rate per post”) – qiymətləndirmə dövrü ərzində sosial şəbəkə hesabında dərc edilmiş paylaşımlar üzrə qarşılıqlı əlaqə sayının həmin dövrdə dərc edilmiş paylaşımların sayına bölünməsi yolu ilə müəyyən edilən bir paylaşım üzrə orta qarşılıqlı əlaqə sayının həmin hesabın qiymətləndirmə dövrünün sonuna olan izləyici sayına nisbəti;
2.1.7. göstəricilərin süni artırılması – ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması;
2.1.8. müsabiqə iştirakçısı – bu Qaydalara uyğun olaraq müsabiqə üzrə qiymətləndirməyə buraxılmış çap mediası və ya onlayn media subyekti;
2.1.9. qiymətləndirmə dövrü – onlayn media subyektləri üzrə müsabiqənin elan olunduğu aydan əvvəlki son 3 (üç) tam təqvim ayı.
2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş mənaları ifadə edir.
3. Müsabiqənin ümumi şərtləri
3.1. Çap mediası subyektləri üzrə müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.
3.2. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası subyekti müsabiqənin elan olunduğu günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla ümumilikdə 6 (altı) nömrəni Şuraya təqdim edir.
3.3. Onlayn media subyektləri üzrə müsabiqə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri arasında ayrı-ayrılıqda keçirilir.
3.4. Müsabiqədə iştirak üçün müraciət edən onlayn media subyekti qiymətləndirmənin aparılması məqsədilə öz veb-saytının “Google Analytics” hesabındakı məlumatlara baxış imkanının verilməsi üçün Şuraya bu Qaydaların 4.7.3-cü yarımbəndində nəzərdə tutulan yazılı icazəni təqdim edir.
4. Müsabiqədə iştirak
4.1. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası və ya onlayn media subyekti aşağıdakı ümumi tələblərə cavab verməlidir:
4.1.1. Media Reyestrinə daxil edilmiş olmalıdır;
4.1.2. hüquqi şəxs olduqda yenidən təşkil, müflis olma və ya ləğv edilmə prosesində olmamalıdır.
4.2. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası subyekti bu Qaydaların 4.1-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakı tələblərə cavab verməlidir:
4.2.1. Müsabiqənin elan olunduğu günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 (min beş yüz) nüsxədən və yayımı (abunə və satışı) 1000 (min) nüsxədən az olmamalıdır;
4.2.2. yaradıcı heyəti azı 5 (beş) nəfərdən ibarət olmalıdır.
4.3. Bu Qaydaların 4.2.1-ci yarımbəndində birdəfəlik tiraja və yayıma (abunə və satışa) dair nəzərdə tutulmuş tələblər avqust ayı ərzində 50 (əlli) faizədək azaldıla bilər.
4.4. Müsabiqədə iştirak üçün müraciət edən onlayn media subyekti bu Qaydaların 4.1-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakı tələblərə cavab verməlidir:
4.4.1. işçilərinin əmək funksiyalarını yerinə yetirmələri üçün istifadə olunan ofis sahəsi olmalıdır;
4.4.2. işçilərinin əmək funksiyalarını səmərəli yerinə yetirməsi üçün azı kompüter və ofis ləvazimatları ilə təmin edilmiş iş şəraiti olmalıdır;
4.4.3. bir nəfər məsul redaktor və üç nəfər jurnalistdən ibarət olmaqla azı 4 (dörd) nəfərlik heyəti olmalıdır;
4.4.4. onlayn media subyektinin veb-saytının mənbə kodunda “Metrix” veb-təhlil alətinin skripti yerləşdirilməlidir;
4.4.5. müsabiqənin elan olunduğu günədək son 2 (iki) il ərzində hər ay üzrə Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan davamlı fəaliyyət meyarına cavab verməlidir. Bu tələbin yerinə yetirilməsi onlayn media subyektinin veb-saytında dərc edilmiş materiallar əsasında yoxlanılır;
4.4.6. bu Qaydaların 5.20-ci bəndində göstərilən sosial şəbəkələrdən hər hansı birində onlayn media subyektinə məxsus hesab mövcud olduqda, həmin hesabın onlayn media subyektinə məxsusluğunun müəyyən edilməsi məqsədilə sosial şəbəkə hesabına keçid veb-saytda, veb-saytın domen adı isə həmin hesabın profil məlumatlarında yerləşdirilməlidir.
4.5. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası və ya onlayn media subyekti aşağıdakı sənədləri təqdim edir:
4.5.1. ərizə;
4.5.2. hüquqi şəxs olduqda onun nizamnaməsi;
4.5.3. müvəkkil bank tərəfindən təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitləri əks etdirən sənəd.
4.6. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası subyekti bu Qaydaların 4.5-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakı sənədləri təqdim edir:
4.6.1. mətbəə tərəfindən verilmiş, müsabiqənin elan olunduğu günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunduğunu və dövriliyini təsdiq edən arayış;
4.6.2. qəzetin birdəfəlik tirajını təsdiq edən, müsabiqənin elan olunduğu günədək son 12 (on iki) ay üzrə elektron qaimələr (mətbəə qaimələri);
4.6.3. qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən, müsabiqənin elan olunduğu günədək son 12 (on iki) ay üzrə təsdiqlənmiş sənəd;
4.6.4. qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilmiş arayışlar və müsabiqənin elan olunduğu günədək son 12 (on iki) ay üzrə elektron qaimələr;
4.6.5. qəzetin bu Qaydaların 4.2.2-ci yarımbəndinin, onunla eyniadlı veb-saytın isə 8.3-cü bəndinin tələblərinə cavab verdiyini təsdiq edən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş, qüvvədə olan əmək müqavilələrinə dair məlumatlar. Məlumatların sistemdən əldə edilmə tarixi müsabiqəyə müraciət tarixinədək son 7 (yeddi) gün ərzində olmalıdır. Eyniadlı veb-saytın işçilərinə dair həmin məlumatlar təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyini təsdiq edən təşkilati-sərəncamverici sənədlər təqdim edilir;
4.6.6. bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan qəzet nömrələri.
4.7. Müsabiqədə iştirak üçün müraciət edən onlayn media subyekti bu Qaydaların 4.5-ci bəndində göstərilənlərlə yanaşı aşağıdakı sənədləri təqdim edir:
4.7.1. onlayn media subyektinin bu Qaydaların 4.4.3-cü yarımbəndinin tələblərinə cavab verdiyini təsdiq edən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş, qüvvədə olan əmək müqavilələrinə dair məlumatlar. Məlumatların sistemdən əldə edilmə tarixi müsabiqəyə müraciət tarixinədək son 7 (yeddi) gün ərzində olmalıdır;
4.7.2. fəaliyyət göstərdiyi ofis sahəsinin istifadəsində olmasını təsdiq edən sənəd;
4.7.3. onlayn media subyektinin veb-saytının “Google Analytics” hesabındakı məlumatlara baxış imkanının verilməsinə dair yazılı icazə.
4.8. Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş çap mediası subyekti yalnız 4.5.1-ci, 4.6.5-ci və 4.6.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədləri və məlumatları təqdim edir. Qəzetin əməkdaşları barədə məlumatlar dəyişdikdə media subyekti istifadəçi hesabında həmin məlumatları yeniləyir.
4.9. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası subyekti qəzeti ilə eyniadlı veb-saytını əsaslı yeniləmək istədikdə bu barədə niyyətini bu Qaydaların 4.5.1-ci yarımbəndində nəzərdə tutulan ərizədə bildirir.
4.10. Bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulan eyniadlı veb-saytın əsaslı yenilənməsi məqsədilə bu Qaydaların 9.1-ci bəndində müəyyən edilmiş artırılmış məbləğdə maliyyə yardımı həmin veb-sayt üzrə yalnız bir dəfə göstərilir.
4.11. Bu Qaydaların müsabiqədə iştirak üçün müəyyən etdiyi tələblərə cavab verməyən müraciətlər qiymətləndirməyə buraxılmır.
4.12. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə həmin çatışmazlıqların müraciətlərin qəbulu müddəti ərzində aradan qaldırılmasına yol verilir.
4.13. Müsabiqəyə müraciət bu Qaydaların 4.5–4.7-ci bəndlərində nəzərdə tutulan sənədlərin və məlumatların “mib.media.gov.az” elektron ünvanı (bundan sonra – elektron müraciət ünvanı) vasitəsilə elektron formada təqdim edilməsi ilə həyata keçirilir. Kağız daşıyıcıda olan sənədlərin skan edilmiş surətləri PDF və ya JPEG formatında təqdim olunur.
4.14. Müsabiqəyə müraciət etmək üçün çap mediası və ya onlayn media subyekti elektron müraciət ünvanında qeydiyyatdan keçir və istifadəçi hesabı yaradır.
4.15. Müsabiqədə iştirak üçün müraciət edən çap mediası və ya onlayn media subyekti bu Qaydaların tələblərinə riayət edir və təqdim etdiyi sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə görə cavabdehlik daşıyır.
4.16. Kağız daşıyıcıda olan sənədin skan edilmiş surətinin həqiqiliyinin yoxlanılması zərurəti yarandıqda Şura həmin sənədin əslinin təqdim edilməsini tələb edə bilər.
4.17. Bu Qaydaların 4.5.1-ci və 4.7.3-cü yarımbəndlərində nəzərdə tutulan ərizə və icazə formaları müvafiq olaraq bu Qaydalara 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir və Qaydaların ayrılmaz tərkib hissəsidir.
5. Qiymətləndirmə
5.1. Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan və hər bir müsabiqə iştirakçısı tərəfindən təqdim edilmiş qəzet nömrələrinin məcmusu Şuranın cəlb etdiyi 3 (üç) müstəqil ekspert tərəfindən qiymətləndirilir.
5.2. Hər bir ekspert təqdim edilmiş qəzet nömrələrinin məcmusunu aşağıdakı meyarların hər biri üzrə ən aşağı 0 (sıfır), ən yüksək 20 (iyirmi) bal olmaqla qiymətləndirir və qəzet üzrə vahid yazılı rəy verir:
5.2.1. materialların orijinallığı;
5.2.2. mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;
5.2.3. mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;
5.2.4. materiallarda plagiatın və emal edilmədən köçürülmüş (“copy-paste”) informasiyanın olmaması;
5.2.5. qəzetin tərtibatının müasir standartlara uyğunluğu.
5.3. Hər bir ekspertin bu Qaydaların 5.2-ci bəndində göstərilən meyarlar üzrə verdiyi balların cəmi həmin ekspertin müvafiq müsabiqə iştirakçısı üzrə ümumi balını təşkil edir. Hər ekspertin ümumi balı 100 (yüz) baldan çox ola bilməz.
5.4. Üç ekspertin bu Qaydaların 5.3-cü bəndinə uyğun müəyyən edilmiş ümumi ballarının arifmetik ortası çap mediası subyektinin ekspert balı hesab olunur.
5.5. Çap mediası subyektləri üzrə bu Qaydaların 1.3-cü bəndinə uyğun sayda ən yüksək ekspert balı toplamış müsabiqə iştirakçıları qalib elan olunur.
5.6. Çap mediası subyektləri üzrə eyni bal toplamış müsabiqə iştirakçılarının hamısının qalib elan edilməsi mümkün olmadıqda qalib elan ediləcək iştirakçı və ya iştirakçılar ekspertlərin həmin iştirakçılara dair yazılı rəylərinin müqayisəli qiymətləndirilməsi əsasında Şura tərəfindən müəyyən edilir.
5.7. Onlayn media subyektləri üzrə qiymətləndirmə bu Qaydaların 5.9-cu bəndinə əsasən seçilmiş məqalələrin keyfiyyət göstəricilərinin və veb-saytın texniki göstəricilərinin ekspert qiymətləndirilməsi, veb-saytın əsas ümumi domeni üzrə səhifə baxışları və sosial şəbəkə hesablarının göstəriciləri əsasında aparılır.
5.8. Onlayn media subyektlərinin veb-saytları üzrə səhifə baxışlarının sayı “Google Analytics” hesabında qiymətləndirmə dövrü üçün qeydə alınmış məlumatlar əsasında müəyyən edilir. Məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə istifadəçilərin sayı, sessiyaların sayı, orta sessiya müddəti, bir sessiya zamanı baxılan səhifələrin sayı, ziyarətçi əldə etmə göstəricisi və auditoriyanın coğrafi mənsubiyyəti də təhlil edilir. Göstəricilərin süni artırılması nəticəsində yaranmış səhifə baxışları qiymətləndirmədə nəzərə alınmır.
5.9. Ekspert qiymətləndirilməsi üçün onlayn media subyektinin qiymətləndirmə dövrü ərzində Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə əməl etməklə dərc etdiyi və Qanunun 13.3-cü maddəsində göstərilən informasiyaya aid olmayan məqalələr arasından həmin dövrün hər bir ayı üzrə ən yüksək səhifə baxışı toplamış 2 (iki) məqalə olmaqla, ümumilikdə 6 (altı) məqalə seçilir. Məqalələr seçilərkən göstəricilərin süni artırılması nəticəsində yaranmış səhifə baxışları nəzərə alınmır.
5.10. Bu Qaydaların 5.9-cu bəndinə əsasən seçilmiş 6 (altı) məqalə məcmu şəkildə 3 (üç) fərqli ekspert tərəfindən aşağıdakı meyarların hər biri üzrə ən aşağı 0 (sıfır), ən yüksək 20 (iyirmi) bal olmaqla qiymətləndirilir:
5.10.1. məqalələrin orijinallığı, informativliyi və analitik xarakteri;
5.10.2. mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;
5.10.3. mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;
5.10.4. məqalələrdə saxta xəbərlərin (“fake news”), aldadıcı başlıqlı xəbərlərin (“clickbait”), plagiat və emal edilmədən köçürülmüş informasiyanın (“copy-paste”) olmaması.
5.11. Onlayn media subyektinin veb-saytının texniki göstəriciləri bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan qiymətləndirməyə cəlb edilməyən digər 3 (üç) fərqli ekspert tərəfindən ən aşağı 0 (sıfır), ən yüksək 20 (iyirmi) bal olmaqla qiymətləndirilir. Qiymətləndirmə zamanı veb-saytın vizual dizaynı və interfeysi, istifadəçi təcrübəsi (UX), informasiya arxitekturası və naviqasiya strukturu, xəbər və bölmələrin əlçatanlığı və məntiqi təşkili, funksionallığı, informasiya təhlükəsizliyi, yüklənmə sürəti və performansı, mobil cihazlara və müxtəlif brauzerlərə uyğunluğu, axtarış imkanları, keçidlərin işləkliyi və ümumi texniki dayanıqlılığı nəzərə alınır.
5.12. Bu Qaydaların 5.10-cu və 5.11-ci bəndlərində nəzərdə tutulan ekspertlər qiymətləndirməni fərdi qaydada aparır və qiymətləndirmənin nəticələrinə dair yazılı rəy verirlər.
5.13. Onlayn media subyektinin ekspert balı aşağıdakı qaydada müəyyən edilir:
5.13.1. bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan hər bir ekspertin 5.10.1–5.10.4-cü yarımbəndlərində göstərilən meyarlar üzrə verdiyi balların cəmi həmin ekspertin məqalələr üzrə balını təşkil edir və 80 (səksən) baldan çox ola bilməz. Üç ekspertin məqalələr üzrə ballarının arifmetik ortası məqalələr üzrə ekspert balı hesab olunur;
5.13.2. bu Qaydaların 5.11-ci bəndində nəzərdə tutulan 3 (üç) ekspertin verdiyi balların arifmetik ortası veb-saytın texniki göstəriciləri üzrə ekspert balı hesab olunur və 20 (iyirmi) baldan çox ola bilməz;
5.13.3. məqalələr üzrə ekspert balı ilə veb-saytın texniki göstəriciləri üzrə ekspert balının cəmi onlayn media subyektinin ekspert balını (E) təşkil edir. Ekspert balı 100 (yüz) baldan çox ola bilməz.
5.14. Bu Qaydaların 5.13-cü bəndinə uyğun müəyyən edilmiş ekspert balı 50 (əlli) baldan az olan onlayn media subyekti qaliblər müəyyən edilərkən nəzərə alınmır.
5.15. Bu Qaydaların 5.1-ci, 5.10-cu və 5.11-ci bəndlərində nəzərdə tutulan ekspertlər aşağıdakı tələblərə cavab verən şəxslər arasından cəlb edilir:
5.15.1. qiymətləndirmənin predmetinə uyğun sahədə müvafiq bilik və təcrübəyə malik olmalıdır;
5.15.2. qəzetlərin və məqalələrin qiymətləndirilməsi üzrə ekspertlər media, jurnalistika, dil, məzmun və digər aidiyyəti sahələr üzrə bilik və təcrübəyə malik olmalıdır;
5.15.3. veb-saytın texniki göstəricilərinin qiymətləndirilməsi üzrə ekspertlər informasiya texnologiyaları, qrafik və veb dizayn, istifadəçi təcrübəsi (UX), informasiya təhlükəsizliyi və digər aidiyyəti sahələr üzrə bilik və təcrübəyə malik olmalıdır;
5.15.4. Müsabiqənin nəticəsində birbaşa və ya dolayı marağı olmamalı, müsabiqə iştirakçısı ilə qiymətləndirmənin obyektivliyinə və qərəzsizliyinə təsir göstərə biləcək münasibətdə olmamalıdır.
5.16. Ekspert onun obyektivliyinə və qərəzsizliyinə təsir göstərə biləcək halın mövcudluğunu müəyyən etdikdə bu barədə Şuraya məlumat verir və həmin müsabiqə iştirakçısının qiymətləndirilməsində iştirak etmir.
5.17. Veb-saytın səhifə baxışlarının qiymətləndirilməsi üçün maksimum hədd qiymətləndirmə dövrünün hər bir ayı üzrə müvafiq məzmun istiqaməti üzrə müsabiqəyə buraxılmış onlayn media subyektləri arasında qeydə alınmış ən yüksək ümumi səhifə baxışı sayları əsasında müəyyən edilir. Həmin 3 (üç) göstəricinin arifmetik ortası səhifə baxışları üzrə maksimum hədd hesab olunur.
5.18. Onlayn media subyektinin qiymətləndirmə dövrü üzrə orta aylıq səhifə baxışı sayı qiymətləndirmə dövrünün hər bir ayı üzrə qeydə alınmış ümumi səhifə baxışı saylarının arifmetik ortası kimi müəyyən edilir.
5.19. Onlayn media subyektinin veb-saytının səhifə baxışları üzrə balı (P) həmin subyektin bu Qaydaların 5.18-ci bəndinə uyğun müəyyən edilmiş orta aylıq səhifə baxışı sayının bu Qaydaların 5.17-ci bəndinə uyğun müəyyən edilmiş maksimum həddə nisbətinin 100-ə vurulması yolu ilə müəyyən edilir.
5.20. Sosial şəbəkə hesabları üzrə qiymətləndirmə “X”, “Instagram”, “TikTok”, “Facebook”, “Telegram” və “YouTube” platformalarında onlayn media subyektinə məxsus fərdi rəqəmsal hesablarda qiymətləndirmə dövrü üzrə qeydə alınmış göstəricilər əsasında aparılır. Göstəricilərin süni artırılması nəticəsində yaranmış izləyici və qarşılıqlı əlaqə sayları qiymətləndirmədə nəzərə alınmır.
5.21. Hər bir sosial şəbəkə üzrə izləyicilərin sayı qiymətləndirmə dövrünün sonuna olan vəziyyətə, qarşılıqlı əlaqələrin və paylaşımların sayı isə həmin dövrdə dərc edilmiş paylaşımlar üzrə müəyyən edilir. “Telegram” üzrə qarşılıqlı əlaqə göstəricisi kimi qiymətləndirmə dövründə dərc edilmiş paylaşımların ümumi baxış sayı götürülür.
5.22. Müvafiq sosial şəbəkə hesabı üzrə paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı bu Qaydaların 2.1.6-cı yarımbəndinə uyğun müəyyən edilir. İzləyicilərin sayı və ya paylaşımların sayı 0 (sıfır) olduqda paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı 0 (sıfır) qəbul edilir.
5.23. Sosial şəbəkə hesabları üzrə müqayisəli qiymətləndirmənin aparılması məqsədilə hər bir sosial şəbəkə üzrə izləyici sayının, qarşılıqlı əlaqə sayının və paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalının 85-ci persentil qiyməti (bundan sonra – istinad göstəricisi) qiymətləndirmə dövrü üzrə “Media Reyestri” informasiya ehtiyatında məlumatları mövcud olan və müvafiq məzmun istiqamətində fəaliyyət göstərən onlayn media subyektlərinin müvafiq göstəriciləri əsasında ayrıca müəyyən edilir. Bunun üçün müvafiq göstəricilər artan sıra ilə düzülür. 85-ci persentilə uyğun sıra nömrəsi 0,85 əmsalının onlayn media subyektlərinin sayına hasilinin yuxarı istiqamətdə tam ədədə yuvarlaqlaşdırılması yolu ilə müəyyən edilir. Həmin sıra nömrəsinə uyğun göstərici istinad göstəricisi hesab olunur.
5.24. Hər bir onlayn media subyektinin hər bir sosial şəbəkə üzrə balı 100 (yüz) ballıq şkala üzrə müəyyən edilir. Bal hesablanarkən izləyici sayı 30 (otuz) faiz, qarşılıqlı əlaqə sayı 50 (əlli) faiz, paylaşım əsaslı qarşılıqlı əlaqə əmsalı isə 20 (iyirmi) faiz çəki ilə nəzərə alınır. Hər bir göstərici üzrə nəticə onlayn media subyektinin müvafiq göstəricisinin həmin göstərici ilə bu Qaydaların 5.23-cü bəndinə uyğun müəyyən edilmiş istinad göstəricisinin cəminə nisbətinin 100-ə vurulması yolu ilə müəyyən edilir və alınmış nəticəyə həmin göstərici üçün müəyyən edilmiş çəki tətbiq olunur. Hər üç göstərici üzrə alınmış nəticələrin cəmi müvafiq sosial şəbəkə üzrə balı təşkil edir. Hər bir sosial şəbəkə üzrə bal 100 (yüz) baldan çox ola bilməz.
5.25. Sosial şəbəkələr üzrə ümumi bal (S) bu Qaydaların 5.20-ci bəndində göstərilən 6 (altı) sosial şəbəkənin hər biri üzrə müəyyən edilmiş balların bərabər çəki ilə nəzərə alınması yolu ilə həmin balların arifmetik ortası kimi hesablanır. Sosial şəbəkələr üzrə ümumi bal 100 (yüz) baldan çox ola bilməz.
5.26. Onlayn media subyektinin bu Qaydaların 5.20-ci bəndində göstərilən sosial şəbəkələrdən hər hansı birində hesabı olmadıqda və ya hesabın ona məxsusluğu və göstəriciləri yoxlanıla bilmədikdə müvafiq sosial şəbəkə üzrə bal 0 (sıfır) qəbul edilir. Müsabiqə iştirakçısının altı sosial şəbəkə üzrə müəyyən edilmiş ballarının hamısı 0 (sıfır) olduqda həmin iştirakçı qaliblər müəyyən edilərkən nəzərə alınmır.
5.27. Onlayn media subyekti üzrə yekun bal (Y) ekspert balına, veb-saytın səhifə baxışları üzrə bala və sosial şəbəkələr üzrə ümumi bala müvafiq olaraq 0,50, 0,25 və 0,25 əmsallarının tətbiqi ilə alınmış nəticələrin cəmi kimi aşağıdakı düsturla hesablanır:
Y = 0,50E + 0,25P + 0,25S
burada:
Y – onlayn media subyekti üzrə yekun bal;
E – bu Qaydaların 5.13-cü bəndinə uyğun müəyyən edilmiş ekspert balı;
P – bu Qaydaların 5.19-cu bəndinə uyğun müəyyən edilmiş veb-saytın səhifə baxışları üzrə bal;
S – bu Qaydaların 5.25-ci bəndinə uyğun müəyyən edilmiş sosial şəbəkələr üzrə ümumi baldır.
5.28. Bu hissəyə uyğun aparılan aralıq hesablamalarda yuvarlaqlaşdırma aparılmır. Onlayn media subyekti üzrə yekun bal vergüldən sonra 2 (iki) rəqəmədək yuvarlaqlaşdırılır. Vergüldən sonrakı üçüncü rəqəm 5 və ya daha böyük olduqda ikinci rəqəm bir vahid artırılır, üçüncü rəqəm 5-dən kiçik olduqda ikinci rəqəm dəyişdirilmir.
5.29. Bu Qaydaların 5.14-cü bəndi nəzərə alınmaqla onlayn media subyektlərinin hər bir məzmun istiqaməti üzrə yekun ballar müqayisə edilir və bu Qaydaların 1.3-cü bəndinə uyğun sayda ən yüksək yekun bal toplamış müsabiqə iştirakçıları qalib elan olunur.
5.30. Onlayn media subyektləri üzrə bu Qaydaların 5.28-ci bəndinə uyğun yuvarlaqlaşdırılmış yekun balları eyni olan müsabiqə iştirakçılarının hamısının qalib elan edilməsi mümkün olmadıqda qalib elan ediləcək iştirakçı və ya iştirakçılar ekspertlərin həmin iştirakçılara dair yazılı rəylərinin müqayisəli qiymətləndirilməsi əsasında Şura tərəfindən müəyyən edilir.
5.31. Müsabiqənin nəticələri barədə məlumat Şuranın rəsmi internet informasiya ehtiyatında, habelə sosial şəbəkə platformalarındakı rəsmi hesablarında yerləşdirilir.
6. Maliyyə yardımının göstərilməsi
6.1. Şura ilə qalib elan edilmiş müsabiqə iştirakçısı arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə bağlanılır. Maliyyə yardımının ödənilməsinə həmin müqavilə qüvvəyə mindikdən sonra başlanılır.
6.2. Maliyyə yardımı bu Qaydaların 10-cu hissəsi nəzərə alınmaqla 6 (altı) ay müddətində göstərilir.
6.3. Çap mediası üzrə qalib elan edilmiş müsabiqə iştirakçısının qəzetinin həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə ona aylıq 5000 (beş min) manat məbləğində vəsait ödənilir.
6.4. Onlayn media üzrə qalib elan edilmiş müsabiqə iştirakçısına aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımı göstərilir.
6.5. İctimai-siyasi məzmun üzrə qalib elan edilmiş müsabiqə iştirakçısı maliyyə yardımı göstərilən dövrdə həftədə bir dəfə aşağıdakı sahələrdən hər hansı biri üzrə material hazırlayaraq dərc edir. Çap mediası üzrə həmin material maliyyə yardımı göstərilən hər nömrədə dərc olunmalı və azı 500 (beş yüz) sözdən ibarət olmalıdır:
6.5.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
6.5.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
6.5.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
6.5.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
6.5.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
6.5.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
6.5.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;
6.5.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
6.5.9. azərbaycançılıq ideyasının təbliği;
6.5.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
6.5.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
6.5.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
6.5.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
6.5.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
6.5.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
6.5.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
6.5.17. ekologiya və ətraf mühitin mühafizəsi;
6.5.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
6.5.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
6.6. Bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulan materiallar hər növbəti ay əvvəlkindən fərqli sahədə (sahələrdə) hazırlanmalıdır.
6.7. İdman məzmunu üzrə qalib elan edilmiş onlayn media subyekti maliyyə yardımı göstərilən dövrdə həftədə bir dəfə bu Qaydaların 6.5.19-cu yarımbəndində nəzərdə tutulan sahə üzrə material hazırlayaraq dərc edir.
6.8. Bu Qaydaların 6.5-ci və 6.7-ci bəndlərində nəzərdə tutulan materialların Şuranın maliyyə yardımı ilə hazırlandığı və dərc olunduğu barədə məlumat aşağıdakı qaydada göstərilir:
6.8.1. çap mediasında məqalənin dərc olunduğu səhifədə onun Şuranın maliyyə yardımı ilə çap olunduğu və müəllifi qeyd olunur, həmin material ən geci növbəti gün qəzetin eyniadlı veb-saytında yerləşdirilir, qəzetin və veb-saytın müvafiq səhifəsində Şuranın loqosu yerləşdirilir;
6.8.2. onlayn media subyektinin veb-saytında materialın yayımlandığı veb-səhifənin sonunda onun Şuranın maliyyə yardımı ilə dərc olunduğu və müəllifi qeyd olunur, Şuranın loqosu yerləşdirilir.
6.9. Qanunvericiliyə əsasən fors-major hesab olunan hallarda, habelə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və anım günündə bu Qaydaların 6.5-ci bəndində çap mediası subyekti üçün nəzərdə tutulan tələbin yerinə yetirilməməsi maliyyə yardımının göstərilməsinə dair müqavilə şərtlərinin pozulması hesab edilmir.
6.10. Maliyyə yardımı göstərilən dövrdə onlayn media subyektinin Qanunun 60.5-ci maddəsinə uyğun olaraq gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi sayının 25 (iyirmi beş) faizindən çoxu tərcümə materialı ola bilməz.
7. Maliyyə yardımından istifadə
7.1. Onlayn media subyektinə maliyyə yardımı göstərilən dövrdə bu Qaydaların 4.4.3-cü yarımbəndində göstərilən işçilərin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməli, maliyyə yardımının qalan hissəsi onlayn media subyektinin veb-saytının saxlanılmasına və fəaliyyətinin təmin edilməsinə, o cümlədən infrastrukturunun gücləndirilməsinə, dil imkanlarının genişləndirilməsinə, informasiya təhlükəsizliyinin təmin edilməsinə və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
7.2. Bu Qaydaların məqsədləri üçün veb-saytın rəqəmsal keyfiyyətinin artırılması istifadəçinin veb-səhifədə qalma müddətinin artırılmasına, təkrar ziyarətlərin təmin edilməsinə və ya veb-saytın axtarış sistemlərində asan tapılması üçün optimallaşdırma tədbirlərinin həyata keçirilməsinə yönəlmiş tədbirləri əhatə edir.
7.3. Qalib elan edilmiş müsabiqə iştirakçısı maliyyə yardımının göstərilməsinə dair müqavilənin qüvvədə olduğu müddətdə hər ayın sonunda həmin ay üzrə maliyyə vəsaitinin istifadə istiqamətlərini təsdiq edən sənədləri Şuraya təqdim edir.
8. Çap mediası subyektlərinə göstərilən maliyyə yardımına əlavələr
8.1. Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət əlavə abunələrinin hər tam 500 (beş yüz) nəfəri üçün aylıq 200 (iki yüz) manat məbləğində bonus verilir. Bu bəndin məqsədləri üçün əlavə abunələrin sayı müsabiqədə iştirak üçün müraciət zamanı bu Qaydaların 4.6.4-cü yarımbəndinə uyğun təqdim edilmiş sənədlərlə təsdiq olunan fiziki şəxs abunəçilərin sayından artıq olan fiziki şəxs abunəçilərin sayı kimi müəyyən edilir. Natamam 500 (beş yüz) nəfərlik hissə bonusun hesablanmasında nəzərə alınmır. Bu halda əlavə abunəni təsdiq edən müvafiq abunə müqavilələrinin surətləri Şuraya təqdim edilir.
8.2. Çap mediası üzrə qalib elan edilmiş və bu Qaydaların 8.3-cü bəndində nəzərdə tutulan tələbə cavab verən hər bir müsabiqə iştirakçısının qəzetinin eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
8.3. Bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan maliyyə yardımının göstərilməsi üçün qəzetin eyniadlı veb-saytının bir məsul redaktor və iki jurnalist olmaqla azı 3 (üç) nəfərdən ibarət redaksiya heyəti olmalıdır.
8.4. Maliyyə yardımı göstərilən dövrdə bu Qaydaların 8.3-cü bəndində göstərilən işçilərin hər birinin əməkhaqqının minimum məbləği 600 (altı yüz) manat təşkil etməli, maliyyə yardımının qalan hissəsi eyniadlı veb-saytın saxlanılmasına və fəaliyyətinin təmin edilməsinə, o cümlədən infrastrukturunun gücləndirilməsinə, dil imkanlarının genişləndirilməsinə, informasiya təhlükəsizliyinin təmin edilməsinə və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
8.5. Bu Qaydaların 7.2-ci bəndi qəzetin eyniadlı veb-saytının rəqəmsal keyfiyyətinin artırılmasına da şamil edilir.
8.6. Çap mediası subyekti qəzetini bu Qaydaların 6.3-cü bəndində nəzərdə tutulandan daha artıq dövriliklə çap etməkdə sərbəstdir. Həftə ərzində çap olunan əlavə nömrələrə görə Şura tərəfindən əlavə maliyyə yardımı göstərilmir.
9. Qəzetin eyniadlı veb-saytının əsaslı yenilənməsi üçün maliyyə yardımı
9.1. Çap mediası üzrə qalib elan edilmiş müsabiqə iştirakçısı bu Qaydaların 4.9-cu bəndinə uyğun olaraq qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini bildirmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında bu Qaydaların 8.2-ci bəndində nəzərdə tutulan 3000 (üç min) manatın əvəzinə həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat, ikinci ayından etibarən isə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
9.2. Maliyyə yardımı göstərilən ikinci ayın sonunda aparılan monitorinq nəticəsində eyniadlı veb-saytın bu Qaydaların 5.11-ci bəndində nəzərdə tutulan texniki göstəricilərə cavab vermədiyi müəyyən edildikdə növbəti aylar üzrə həmin veb-sayta maliyyə yardımının ödənilməsi dayandırılır.
10. Maliyyə yardımının ödənilməsinin dayandırılması və müqaviləyə xitam verilməsi
10.1. Şura maliyyə yardımı göstərilən müsabiqə iştirakçısının bu Qaydaların və maliyyə yardımının göstərilməsinə dair müqavilənin tələblərinə əməl etməsi vəziyyətinin monitorinqini aparır.
10.2. Bu Qaydaların 10.4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, monitorinq nəticəsində müsabiqə iştirakçısı tərəfindən bu Qaydaların və ya maliyyə yardımının göstərilməsinə dair müqavilənin tələblərinin pozulduğu aşkar edildikdə, Şura həmin ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır və aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə müsabiqə iştirakçısına yazılı xəbərdarlıq edir.
10.3. Müsabiqə iştirakçısı bu Qaydaların 10.2-ci bəndində nəzərdə tutulan yazılı xəbərdarlığın tələblərini növbəti ay ərzində yerinə yetirmədikdə Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir.
10.4. Maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edildikdə, Şura həmin ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır və onlayn media subyektinə yazılı xəbərdarlıq edir. Monitorinqin nəticələri aktla rəsmiləşdirilir və aktda aşkar edilmiş hallar və onları təsdiq edən məlumatlar göstərilir.
10.5. Onlayn media subyekti bu Qaydaların 10.4-cü bəndində nəzərdə tutulan yazılı xəbərdarlıqda göstərilən pozuntuya səbəb olan halları növbəti ay ərzində aradan qaldırmadıqda və ya süni artırmaya növbəti ayda təkrar yol verildikdə Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir.
10.6. Süni artırılmaya görə ayrı-ayrı monitorinq dövrlərində 2 (iki) dəfə yazılı xəbərdarlıq edilmiş onlayn media subyekti ikinci xəbərdarlıqdan sonra elan edilən ilk müsabiqədə iştirak üçün müraciət edə bilməz.
10.7. Müsabiqə iştirakçısına media sahəsində yol verilmiş inzibati xətaya görə qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tətbiq edildikdə və ya Qanunun 75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci və 75.1.7-ci maddələrində nəzərdə tutulan pozuntularla bağlı ona xəbərdarlıq edildikdə, Şura inzibati tənbehin tətbiq edildiyi və ya xəbərdarlığın edildiyi ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır.
10.8. Qanunun 65.2-ci və ya 65.4-cü maddələrində nəzərdə tutulan əsaslarla müsabiqə iştirakçısının fəaliyyətinin müvəqqəti dayandırılması və ya fəaliyyətinə xitam verilməsi barədə Şura tərəfindən məhkəmədə iddia qaldırıldıqda, maliyyə yardımının ödənilməsi iddianın qaldırıldığı tarixdən məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılır.
10.9. Məhkəmə bu Qaydaların 10.8-ci bəndində nəzərdə tutulan iddianı təmin etmədikdə, iddiaya baxıldığı müddətdə ödənilməmiş maliyyə yardımı müsabiqə iştirakçısının həmin müddətdə müvafiq olaraq bu Qaydaların 6.5-ci və ya 6.7-ci bəndinin tələblərinə əməl etməsi şərtilə ödənilir.
10.10. Məhkəmə Qanunun 65.2-ci maddəsinə uyğun olaraq müsabiqə iştirakçısının fəaliyyətini müvəqqəti dayandırdıqda, məhkəmənin müəyyən etdiyi dayandırılma müddəti üzrə maliyyə yardımı ödənilmir.
10.11. Məhkəmə Qanunun 65.4-cü maddəsinə uyğun olaraq müsabiqə iştirakçısının fəaliyyətinə xitam verdikdə, Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir.
10.12. Müsabiqə iştirakçısı Media Reyestrindən çıxarıldıqda Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir.
10.13. Qalib elan edilmiş müsabiqə iştirakçısının saxta sənədlər və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim etməklə müsabiqədə qalib gəldiyi müəyyən edildikdə, Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir və müqavilənin qüvvədə olduğu müddətdə həmin müsabiqə iştirakçısına ödənilmiş maliyyə yardımının tam məbləğinin geri qaytarılmasını yazılı şəkildə tələb edir. Yazılı tələbdə geri qaytarılmanın hüquqi və faktiki əsasları, geri qaytarılmalı məbləğ və Şuranın bank rekvizitləri göstərilir. Müsabiqə iştirakçısı yazılı tələbi aldığı gündən 7 (yeddi) gün müddətində həmin məbləği Şuranın bank hesabına köçürür. Məbləğ bu müddətdə geri qaytarılmadıqda, Şura onun tutulması üçün qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edir.
|
ƏRİZƏ
Bəyan edirəm ki, bu ərizədə və ona əlavə edilmiş sənədlərdə göstərilən məlumatlar tam və düzgündür. Bu Qaydaların tələblərinə riayət etməyi öhdəmə götürürəm.
Ərizəni təqdim edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi: ___________________________________________________________________________
İmza: ____________________ Tarix: “____” ______________ 20____-c_ il |
|
“GOOGLE ANALYTICS” HESABINDAKI MƏLUMATLARA BAXIŞ İMKANININ VERİLMƏSİNƏ DAİR İCAZƏ
Bu Qaydaların 4.7.3-cü yarımbəndinə uyğun olaraq müsabiqə üzrə qiymətləndirmənin aparılması, habelə onlayn media subyekti qalib elan edildikdə maliyyə yardımının göstərildiyi müddətdə monitorinqin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Media və Yayım Şurasına domen adı __________________________________ olan veb-saytın “Google Analytics” hesabındakı məlumatlara baxış imkanının verilməsinə icazə verirəm. Bu icazə müsabiqənin nəticələri elan olunanadək, onlayn media subyekti qalib elan edildikdə isə maliyyə yardımının göstərilməsinə dair müqavilənin qüvvədə olduğu müddət ərzində etibarlıdır.
Onlayn media subyektinin tam adı: ___________________________________________________________________________
İcazəni verən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi: ___________________________________________________________________________
İmza: ____________________ Tarix: “____” ______________ 20____-c_ il
|
|
|
Azərbaycan Respublikası Media və Yayım Şurasının 11.11.2026-cı il tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Media haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 47.1.9-3-cü və 47.1.9-8-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Media və Yayım Şurası (bundan sonra – Şura) tərəfindən media nümayəndələri üçün keçirilən müsabiqənin (bundan sonra – müsabiqə) təşkili və keçirilməsi, habelə qalib jurnalistlərin və bu Qaydalarda nəzərdə tutulan operatorların mükafatlandırılması ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.
1.2. Müsabiqənin keçirilməsində məqsəd dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasında jurnalistlərin potensialından səmərəli istifadəni təmin etmək, onların peşəkarlığının və məsuliyyətinin artırılmasına, fərdi yaradıcılıq bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaq, habelə jurnalist araşdırmalarının aparılmasını və materiallarla bağlı məzmunun sosial şəbəkə platformalarında yayılmasını təşviq etməkdir.
1.3. Bu Qaydaların məqsədləri üçün fərdi rəqəmsal hesab dedikdə jurnalistin sosial şəbəkə platformasında özünə məxsus və özü tərəfindən idarə olunan hesabı başa düşülür.
1.4. Bu Qaydaların məqsədləri üçün qarşılıqlı əlaqə sayı (“engagement”) dedikdə fərdi rəqəmsal hesabda yerləşdirilmiş paylaşıma (“post”) verilmiş bəyənmələrin, şərhlərin, təkrar paylaşımların (“share”) və saxlamaların ümumi sayı başa düşülür.
1.5. Bu Qaydaların məqsədləri üçün operator dedikdə süjetin çəkilişini həyata keçirən fiziki şəxs başa düşülür.
1.6. Müsabiqənin başlama və bitmə tarixləri Şura tərəfindən müəyyən edilir.
1.7. Müsabiqə barədə elan Şuranın rəsmi internet informasiya ehtiyatında, habelə sosial şəbəkə platformalarındakı rəsmi hesablarında yerləşdirilir.
2. Müsabiqənin ümumi şərtləri
2.1. Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:
2.1.1. ən yaxşı reportaj;
2.1.2. ən yaxşı ictimai-siyasi təhlil;
2.1.3. ən yaxşı sosial-iqtisadi təhlil;
2.1.4. ən yaxşı müsahibə;
2.1.5. ən yaxşı mədəniyyət materialı;
2.1.6. ən yaxşı publisistik məqalə (köşə yazısı);
2.1.7. ən yaxşı jurnalist araşdırması;
2.1.8. ən yaxşı oçerk.
2.2. Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim edir:
2.2.1. ən yaxşı ictimai-siyasi reportaj;
2.2.2. ən yaxşı sosial-iqtisadi reportaj;
2.2.3. ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
2.3. Jurnalist eyni müsabiqə çərçivəsində bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan nominasiyalardan yalnız biri üzrə bir material təqdim edə bilər.
2.4. Qiymətləndirmədə jurnalistin müraciətini təqdim etdiyi vaxtadək bir və ya bir neçə fərdi rəqəmsal hesabında müsabiqəyə təqdim etdiyi materialla bağlı yerləşdirdiyi paylaşımlar nəzərə alınır.
2.5. Bu Qaydaların 2.4-cü bəndində göstərilən paylaşımların formatına məhdudiyyət qoyulmur və onlar mətn, foto, video, audio, infoqrafika və ya digər rəqəmsal formatda ola bilər. Hər bir paylaşım müsabiqəyə təqdim edilmiş materialla birbaşa bağlı olmalı və həmin materialın dərhal müəyyən edilməsinə imkan verməlidir.
2.6. Qiymətləndirmə jurnalistin müsabiqədə iştirak üçün müraciətini təqdim etdiyi vaxtda bu Qaydaların 2.4-cü və 2.5-ci bəndlərinə uyğun olaraq fərdi rəqəmsal hesablarda yerləşdirilmiş bütün paylaşımlar üzrə mövcud olan qarşılıqlı əlaqə saylarının cəmi əsasında aparılır.
2.7. Qarşılıqlı əlaqə sayının avtomatlaşdırılmış hesablar, satın alınmış qarşılıqlı əlaqə xidmətləri və ya həqiqi istifadəçi fəallığını əks etdirməyən digər vasitələrlə süni artırılmasına yol verilmir. Belə hal aşkar edildikdə həmin paylaşım üzrə qarşılıqlı əlaqə sayı 0 (sıfır) qəbul edilir.
2.8. Bu Qaydaların 2.1–2.5-ci bəndlərində nəzərdə tutulan tələblərə cavab verməyən müraciət qiymətləndirməyə buraxılmır. Materialın və ya paylaşımın (paylaşımların) həmin tələblərə cavab vermədiyi qiymətləndirmə zamanı və ya müsabiqənin nəticələri elan olunanadək aşkar edildikdə jurnalist müsabiqədən kənarlaşdırılır.
3. Müsabiqədə iştirak
3.1. Müsabiqəyə müraciət edən jurnalist aşağıdakı sənədləri və məlumatları təqdim edir:
3.1.1. bu Qaydaların əlavəsində göstərilən ərizə forması;
3.1.2. şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;
3.1.3. əmək müqaviləsi əsasında media subyektində çalışan jurnalistə münasibətdə müsabiqəyə müraciət edildiyi tarixdə həmin media subyekti ilə əmək münasibətlərinin mövcudluğunu təsdiq edən elektron informasiya sistemindən əldə edilmiş iş yerinə dair arayış, müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən jurnalistə münasibətdə isə həmin tarixdə qüvvədə olan mülki hüquq müqaviləsi (müqavilələri);
3.1.4. bank tərəfindən təsdiq edilmiş, jurnalistin aktiv bank hesabının rekvizitlərini əks etdirən sənəd;
3.1.5. bu Qaydaların 2.1-ci və ya 2.2-ci bəndinin tələblərinə cavab verən material;
3.1.6. bu Qaydaların 2.4-cü və 2.5-ci bəndlərinə uyğun yerləşdirilmiş hər bir paylaşımın elektron keçidi və müraciətin təqdim edildiyi vaxtda həmin paylaşım üzrə mövcud olan qarşılıqlı əlaqə sayını təsdiq edən müvafiq sosial şəbəkə platformasında əks olunan məlumatın elektron təsviri.
3.2. Bu Qaydaların 2.1-ci və ya 2.2-ci bəndində nəzərdə tutulan nominasiyalardan biri üzrə müraciət edən jurnalist bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədləri və məlumatları “mib.media.gov.az” elektron ünvanı (bundan sonra – elektron müraciət ünvanı) vasitəsilə elektron formada təqdim edir. Kağız daşıyıcıda olan sənədlərin skan edilmiş surətləri PDF və ya JPEG formatında təqdim olunur.
3.3. Jurnalist yazı çap mediasında dərc edildikdə yazının dərc olunduğu çap mediası məhsulunun müvafiq səhifəsinin PDF və ya JPEG formatında surətini, yazı onlayn mediada dərc edildikdə isə müvafiq veb-səhifənin elektron keçidini elektron müraciət ünvanı vasitəsilə təqdim edir.
3.4. Jurnalist audiovizual media subyektində yayımlanmış süjetə maneəsiz baxışı təmin edən elektron keçidi elektron müraciət ünvanı vasitəsilə təqdim edir və ərizədə süjetin hazırlanmasında iştirak etmiş 1 (bir) nəfər operatorun soyadını, adını, atasının adını və əlaqə nömrəsini göstərir. Operatorun həmin süjetin hazırlanmasında iştirakı audiovizual media subyektinin yazılı və ya elektron təsdiqi, süjetin titrlərində göstərilən məlumat və ya həmin iştirakı müəyyən etməyə imkan verən digər yoxlanıla bilən məlumatla təsdiq edilir. Operatorun əlaqə məlumatları onun razılığı ilə təqdim edilir. Operator pul mükafatının ödənilməsi üçün Şuranın müəyyən etdiyi müddətdə şəxsiyyət vəsiqəsinin surətini və bank tərəfindən təsdiq edilmiş, operatorun aktiv bank hesabının rekvizitlərini əks etdirən sənədi Şuraya təqdim edir. Bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulan pul mükafatları qalib jurnalistlərin və operatorların bank hesablarına köçürülür.
3.5. Müsabiqəyə müraciət etmək üçün jurnalist elektron müraciət ünvanında qeydiyyatdan keçməli və istifadəçi hesabı yaratmalıdır.
3.6. Müsabiqədə iştirak üçün təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edildikdə bu barədə jurnalistə istifadəçi hesabı vasitəsilə məlumat verilir. Jurnalist həmin çatışmazlıqları müraciətlərin qəbulu müddəti başa çatanadək aradan qaldıra bilər.
3.7. Şura müsabiqədə iştirak üçün təqdim edilmiş sənədlərin əslini, habelə qiymətləndirmədə nəzərə alınan fərdi rəqəmsal hesabların jurnalistə məxsusluğunun və qarşılıqlı əlaqə saylarının həqiqiliyinin yoxlanılması üçün zəruri olan əlavə təsdiqedici məlumatları tələb edə bilər.
3.8. Jurnalist təqdim etdiyi sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə görə cavabdehlik daşıyır. Saxta sənəd və ya həqiqətə uyğun olmayan məlumat təqdim edildiyi müəyyən edildikdə müraciət qiymətləndirməyə buraxılmır. Bu hal qiymətləndirmə zamanı və ya müsabiqənin nəticələri elan olunanadək aşkar edildikdə jurnalist müsabiqədən kənarlaşdırılır.
4. Qiymətləndirmə
4.1. Bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulan materialların qiymətləndirilməsi Şura tərəfindən cəlb edilmiş, müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Ekspert onun obyektivliyinə və qərəzsizliyinə təsir göstərə biləcək halın mövcudluğunu müəyyən etdikdə bu barədə Şuraya məlumat verir və həmin materialın qiymətləndirilməsində iştirak etmir.
4.2. Eyni material 3 (üç) ekspertin hər biri tərəfindən ayrılıqda aşağıdakı meyarlar üzrə ən aşağı 0 (sıfır), ən yüksək 20 (iyirmi) bal olmaqla qiymətləndirilir və hər bir ekspert material barədə əsaslandırılmış yazılı rəy verir:
4.2.1. materialın orijinallığı və mövzuya yaradıcı yanaşma;
4.2.2. materialın jurnalistikanın ümumi prinsiplərinə və peşə etikası qaydalarına uyğunluğu;
4.2.3. materialın dil, üslub, struktur və təqdimat keyfiyyəti;
4.2.4. materialda plagiatın və başqa mənbədən emal edilmədən köçürülmüş informasiyanın olmaması;
4.2.5. materialın ictimai və maarifləndirici əhəmiyyəti.
4.3. Süjetlərin qiymətləndirilməsi zamanı onların görüntü, səs, montaj və digər texniki tərtibat xüsusiyyətləri bu Qaydaların 4.2.3-cü yarımbəndində nəzərdə tutulan meyar çərçivəsində nəzərə alınır.
4.4. Hər bir ekspertin bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulan meyarlar üzrə verdiyi balların cəmi həmin ekspertin material üzrə ümumi balını təşkil edir və 100 (yüz) baldan çox ola bilməz. Üç ekspertin ümumi ballarının arifmetik ortası iştirakçının ekspert balı (E) hesab olunur.
4.5. Hər bir nominasiya üzrə iştirakçının ümumi qarşılıqlı əlaqə sayı (K) bu Qaydaların 2.6-cı bəndinə uyğun olaraq qiymətləndirmədə nəzərə alınan bütün paylaşımlar üzrə qarşılıqlı əlaqə saylarının cəmi kimi müəyyən edilir.
4.6. Hər bir nominasiya üzrə iştirakçılar arasında ən yüksək ümumi qarşılıqlı əlaqə sayı (Kmax) müəyyən edilir və iştirakçının sosial şəbəkə üzrə balı (S) aşağıdakı düsturla hesablanır:
S = (K / Kmax) × 100
4.7. İştirakçının müvafiq nominasiya üzrə yekun balı (Y) ekspert balına (E) 0,80, sosial şəbəkə üzrə bala (S) isə 0,20 əmsalının tətbiqi ilə alınmış nəticələrin cəmi əsasında aşağıdakı düsturla hesablanır:
Y = 0,80E + 0,20S
4.8. Bu hissəyə uyğun aparılan aralıq hesablamalarda yuvarlaqlaşdırma aparılmır. Yekun bal vergüldən sonra 2 (iki) rəqəmədək yuvarlaqlaşdırılır. Vergüldən sonrakı üçüncü rəqəm 5 və ya daha böyük olduqda ikinci rəqəm bir vahid artırılır, üçüncü rəqəm 5-dən kiçik olduqda ikinci rəqəm dəyişdirilmir.
4.9. Müvafiq nominasiya üzrə ən yüksək yekun bal toplamış ən çox 5 (beş) jurnalist qalib elan edilir.
4.10. Müvafiq nominasiya üzrə yekun balları eyni olan iştirakçıların hamısının qalib elan edilməsi mümkün olmadıqda əvvəlcə daha yüksək ekspert balı (E) nəzərə alınır. Bundan sonra da bərabərlik qaldıqda qalib elan ediləcək iştirakçı və ya iştirakçılar ekspertlərin həmin materiallara dair yazılı rəylərinin müqayisəli qiymətləndirilməsi əsasında Şura tərəfindən müəyyən edilir.
4.11. Müsabiqənin nəticələri barədə məlumat Şuranın rəsmi internet informasiya ehtiyatında və sosial şəbəkə platformalarındakı rəsmi hesablarında yerləşdirilir.
5. Mükafatlandırma
5.1. Müsabiqənin yekununda bu Qaydaların 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə ən çox 5 (beş) jurnalist qalib elan edilir. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş nominasiyalar üzrə qalib jurnalistlərin təqdim etdikləri süjetlərin hazırlanmasında iştirak etmiş operatorlar da bu Qaydaların 5.2-ci bəndinə uyğun olaraq mükafatlandırılır.
5.2. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan nominasiyalar üzrə qalib elan edilmiş jurnalistlərin təqdim etdiyi süjetlərin hazırlanmasında iştirak etmiş və bu Qaydaların 3.4-cü bəndinə uyğun olaraq iştirakı təsdiq edilmiş operatorlara hər qalib süjet üzrə pul mükafatı verilir.
5.3. Qalib jurnalistlərin hər birinə 700 (yeddi yüz) manat, bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan operatora isə hər qalib süjet üzrə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı verilir.
Müsabiqədə iştirak üzrə ərizə
Materialın formasına uyğun olan bəndlər jurnalist tərəfindən doldurulur.
|
№ |
Məlumat |
Doldurulur |
|
1. |
Materialın təqdim edildiyi nominasiya |
|
|
2. |
Jurnalist tərəfindən materiala verilən ad |
|
|
3. |
Materialın forması |
□ yazı □ süjet |
|
4. |
Material süjet olduqda onun hazırlanmasında iştirak etmiş operatorun soyadı, adı və atasının adı |
|
|
5. |
Operatorun əlaqə nömrəsi |
|
|
6. |
Material süjet olduqda onun həcmi (xronometrajı) |
____ dəqiqə ____ saniyə |
|
7. |
Materialın dərc olunduğu və ya yayımlandığı medianın adı |
|
|
8. |
Materialın dərc olunduğu və ya yayımlandığı tarix |
“____” __________ 20____-c_ il |
|
9. |
Materialla bağlı məzmunun yerləşdirildiyi fərdi rəqəmsal hesabın (hesabların) jurnalistə məxsus olması |
□ bəli |
|
10. |
Materialla bağlı məzmunun yerləşdirildiyi sosial şəbəkə platformasının (platformalarının) adı |
|
|
11. |
Jurnalistin fəaliyyət forması |
□ əmək müqaviləsi □ müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi |
|
12. |
Jurnalistin müraciət etdiyi tarixdə işlədiyi və ya fəaliyyət göstərdiyi media subyektinin adı |
|
|
13. |
Jurnalistin əlaqə nömrəsi və elektron poçt ünvanı |
|
|
Bu ərizəni təqdim etməklə müsabiqədə iştirak qaydalarını qəbul edirəm, habelə təqdim etdiyim sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə görə cavabdehlik daşıdığımı təsdiq edirəm. Material süjet olduqda operatorun əlaqə məlumatlarının onun razılığı ilə təqdim edildiyini təsdiq edirəm.
Jurnalistin soyadı, adı və atasının adı: _________________________________________
İmza: ______________________________
Tarix: “____” __________ 20____-c_ il |