lider-media.az

Qarakənd faciəsi

Baxış: 137 Tarix: Сегодня, 09:25

Müstəqillik tariximizin ən ağır, ağrılı və eyni zamanda sülh missiyası yolunda verilmiş ən böyük qurbanlarından biri 1991-ci il 20 noyabr Qarakənd faciəsidir. Dağlıq Qarabağda yaranmış gərginliyi aradan qaldırmaq, regionda sülhü və əmin-amanlığı bərpa etmək məqsədilə yola çıxan Azərbaycanın yüksək rütbəli dövlət rəsmilərindən, ziyalılardan, hüquq-mühafizə orqanlarının əməkdaşlarından və mətbuat nümayəndələrindən ibarət sülhməramlı nümayəndə heyəti erməni terrorizminin qurbanı oldu.1991-ci ilin payızında Ermənistan silahlı birləşmələrinin Qarabağda azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və yaşayış məntəqələrinin mühasirəyə alınması vəziyyəti son həddə çatdırmışdı.Bölgədəki real vəziyyətlə yerində tanış olmaq, qan tökülməsinin qarşısını almaq və danışıqlar aparmaq üçün Ağdamdan Xocavənd istiqamətinə uçan "Mi-8" hərbi-nəqliyyat helikopterində Azərbaycanın dövlət elitası ilə yanaşı Rusiya və Qazaxıstandan olan müşahidəçilər də var idi.


20 noyabr saat 14:42 radələrində Xocavənd rayonunun Qarakənd kəndi səmasında (Mərzili kəndi yaxınlığında) helikopter erməni silahlı birləşmələri tərəfindən iriçaplı pulemyot və raketlərdən atəşə tutularaq vuruldu. Göyərtədə olan 22 nəfərin hamısı — 13 nəfər yüksək vəzifəli dövlət xadimi və ziyalı, 3 nəfər Rusiya və Qazaxıstan müşahidəçisi, 3 nəfər jurnalist və 3 nəfər heyət üzvü qəhrəmancasına şəhid oldu.


Qarakənd səmasında törədilən bu terror aktı yeni müstəqillik qazanmış Azərbaycan dövlətçiliyinə vurulmuş ağır zərbə idi. Həlak olanlar ölkənin idarəçilik, hüquq, elm və jurnalistika sahələrində müstəsna xidmətləri olanlar idi.


Hadisə yerindən operativ xəbərlər hazırlamaq üçün ezam olunmuş Azərbaycan Televiziyasının əməkdaşları — jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və işıqçı Arif Hüseynzadə peşə borclarını yerinə yetirərkən şəhadət zirvəsinə ucaldılar.


Rusiya nümayəndələri Mixail Lukaşov və Oleq Koçerev, Qazaxıstan Daxili İşlər nazirinin müavini Sanlal Serikov, həmçinin helikopterin ekipaj üzvləri Vyaçeslav Kotov, Gennadi Domov və Dmitri Yarovenko da bu terrorun qurbanı oldular.


Uzun illər boyu Qarakənd faciəsi erməni separatizminin və terrorizminin əsl mahiyyətini dünyaya göstərən qanlı fakt kimi xalqımızın yaddaşında yaşadı. Həmin vaxt cinayətin üstünün ört-basdır edilməsinə cəhdlər göstərilsə də, Azərbaycan xalqı bu itkini heç vaxt unutmadı.


2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocavənd rayonu və Qarakənd kəndi də daxil olmaqla bütün Qarabağ torpaqları separatçılardan tam təmizləndi.


Bu gün azad olunmuş Qarabağ səmasında dalğalanan üçrəngli bayrağımız Qarakənd şəhidlərinin ruhunun şad olduğunun ən böyük nişanəsidir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi