İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində “İnqilab şəhidləri” abidəsini ziyarət edib.Abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.









