lider-media.az

AAYDA-da YAP-ın 34 illiyi qeyd olunub

Baxış: 184 Tarix: Сегодня, 09:46


Noyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.YAP-ın Binəqədi rayon təşkilatının təşkil etdiyi tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli giriş nitqində 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının dövlətçilik ənənələrinin möhkəmlənməsinə və milli birliyin güclənməsinə töhfəsindən danışıb. O, Prezident, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının ölkənin inkişafında yeni mərhələ açdığını vurğulayıb. Vüsal Nəsirli Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların, körpülərin və tunellərin yaşayış məntəqələrini birləşdirdiyini və ailələrin doğma yurdlarına qayıdışına şərait yaratdığını bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov YAP-ın Azərbaycanın müstəqilliyinin ilk illərində, ölkənin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə yarandığını qeyd edib. O, Heydər Əliyevin siyasi iradəsinin sabitliyin bərpasında və ölkənin inkişaf istiqamətinin müəyyənləşməsində rolundan danışıb.

Milli Məclisin deputatı Kamaləddin Qafarov Prezident İlham Əliyevin sədrliyi ilə YAP-ın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb. O, partiyanın ölkənin inkişafı naminə həyata keçirilən dövlət siyasətinə və milli həmrəyliyin güclənməsinə verdiyi töhfəni vurğulayıb.

YAP-ın Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yekun çıxışında rayon təşkilatının fəaliyyətindən və partiya üzvlərinin ictimai həyatda iştirakından danışıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.

Mərasimdə Vətən müharibəsi şəhidi Zaur Mədətovun anası Raziyə Vəliyeva da daxil olmaqla 14 nəfər fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qəbul olunan 16 agentlik əməkdaşına üzvlük vəsiqəsi təqdim olunub.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi