Bakıda “Könüldən-könülə" qardaşlıq nəğmələri adlı konsert proqramı təşkil edilib


“Könüldən-könülə" qardaşlıq nəğmələri
Noyabrın 19-da Bakıda “Könüldən-könülə” adlı konsert proqramı təqdim olunub.
Lider-media.az xəbər verir ki, tədbir Yunus Emre İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Türkiyə Respublikasının ölkəmizdə səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsert Azərbaycanın 44 günlük Vətən müharibəsinin altıncı ildönümünə və ŞKTC-nin qurulmasının 43-cü ildönümünə həsr olunub.
Musiqi gecəsində türk klassik musiqisinin seçilmiş nümunələri səsləndirilib. Proqramın xüsusi qonaqları isə İngiltərədə yaşayan kiprli türk qadınlarının yaratdığı xor kollektivi olub.
Konsert proqramı maraqlı anlarla yadda qalıb və tamaşaçılarda böyük təəssürat oyadıb.
Səadət