lider-media.az

Şəhid ailələrinə qayğı diqqət mərkəzindədir

Baxış: 1 561 Tarix: Вчера, 12:23




 Şirvan Bələdiyyəsində şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Görüşdə Bələdiyyə sədri İlham Səfərov çıxış edərək  ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daha uca tutulacağını  qeyd edib. Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri üzvlərinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan söz açaraq bu qayğının Şirvan şəhərində, eyni zamanda Şirvan Bələdiyyəsində də davam etdirildiyini  vurğulayıb
Sonra şəhid ailələri üzvlərini narahat edən məsələlərlə əlaqədar müraciət və təkliflər dinlənilib, həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Rasim Nəhmədov

Şirvan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi