lider-media.az

Müdafiə nazirliyinin nümayəndə heyəti Bolqarıstana səfər edib

Baxış: 1223 Tarix: Вчера, 11:22

Azərbaycan və Bolqarıstan müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin İdeoloji Təminat İdarəsinin nümayəndə heyəti bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edib.

Səfər zamanı tərəflər arasında "Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair" işçi görüşü keçirilib.

Səfər çərçivəsində nümayəndə heyəti istirahət mərkəzlərinə baxış keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, səfər iki ölkənin hərbi qulluqçularının sosial məsələlərinin daha da yaxşılaşdırılması, qabaqcıl təcrübənin öyrənilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi