20 noyabr tarixində saat 00:00-dan 06:00-dək paytaxtın Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaqdır. Bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
Hava limanından şəhərin mərkəzinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri alternativ yol olaraq Zığ yolundan istifadə etməklə “8 Noyabr” prospekti istiqamətinə hərəkət edə bilərlər.
21 noyabr tarixində isə saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcəkdir.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.


VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
Bələdiyyə seçkilərinin ilkin nəticələri AÇIQLANDI
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bakıda “Könüldən-könülə" qardaşlıq nəğmələri adlı konsert proqramı təşkil edilib
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
Hava xəbərdarlığı
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub
İlham Əliyev:"Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub"
Dövlət başçısı:Əminəm ki, bu, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq
İlham Əliyev:Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır.
Dövlət başçısı:Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
Prezident İlham Əliyev:Azərbaycan Vyetnama dərin minnətdardır
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
Noyabrın 20-də gözlənilən hava şəraiti
Şəhid ailələrinə qayğı diqqət mərkəzindədir
Balakən rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
Kişilik – ömür boyu daşınan şərəf və məsuliyyət
Müdafiə nazirliyinin nümayəndə heyəti Bolqarıstana səfər edib
FHN-in Sumqayıt Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirib (video, foto)

Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı