Mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə Maqsud İbrahimbəyovun zəngin yaradıcılıq irsindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla bağlı xatirələrini bölüşüb. O, görkəmli sənətkarla uzun illər davam edən dostluğundan söz açaraq bildirib ki, Maqsud İbrahimbəyov təkcə istedadlı yazıçı və dramaturq deyil, həm də dərin intellektə və güclü yumora malik bir insan olub. Xalq yazıçısı çıxışında Maqsud İbrahimbəyovun özünəməxsus yumor hissindən danışaraq, onun zarafatlarının hər zaman düşündürücü və incə məna daşıdığını bildirib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında Maqsud İbrahimbəyovu qeyri-adi yumor hissinə və incə zarafatlara sahib bir şəxsiyyət kimi xatırladığını qeyd edib. Polad Bülbüloğlu Maqsud İbrahimbəyovla dostluq dövründə onun ssenaristi olduğu filmlərinə, tamaşalarına musiqi bəstələdiyini bildirərək deyib: “Bu, sadə dostluq deyil, deyərdim ki, yaradıcılıq dostluğudur. Maqsud həmişə iradəli və məqsədyönlü idi, eyni zamanda o, zarafatları ilə bizi həmişə güldürərdi”. Onun sözlərinə görə, Maqsud İbrahimbəyovun zarafatları və aforizmləri indiyə qədər yaşayır, dilə gətirilir. Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışında bildirib ki, Maqsud İbrahimbəyovun şəxsiyyətinin miqyası, intellekti və insani cazibəsi onun yaradıcılığını da üstələyirdi. O, Maqsudu dövrünü müşahidə edən, dərin düşüncəli və tamamilə qərəzsiz bir şəxs kimi xarakterizə edib. M.Qusman, həmçinin vurğulayıb ki, İbrahimbəyov güclü yumor hissinə malik, insanlarla asanlıqla ünsiyyət quran biri olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Maqsud İbrahimbəyovun çox qürurlu bir insan olduğunu bildirib. O, yazıçı ilə uzun illərə dayanan dostluğundan söz açaraq, M.İbrahimbəyovun yüksək mənəvi dəyərlərə sahib, zəngin intellektə malik və cəmiyyətə böyük töhfələr vermiş bir şəxsiyyət olduğunu vurğulayıb. Tədbirdə, həmçinin yazıçının ssenari müəllifi olduğu filmlərdən seçilmiş fraqmentlər təqdim olunub. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova gecənin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və Beynəlxalq Muğam Mərkəzinə dərin təşəkkürünü bildirib. Çıxışlardan sonra Maqsud İbrahimbəyovun “Püstə ağacı” əsəri əsasında hazırlanmış və Vaqif Əsədovun rejissoru olduğu eyniadlı mono-tamaşanın nümayişi olub. Qeyd edək ki, Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi Prezident İlham Əliyevin 2025-ci il 13 fevral tarixli Sərəncamına əsasən təşkil olunub.
















ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Leyla və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” konfransı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Hikmət Hacıyev teleradio işçilərinə təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan
İstanbulda ABŞ-dan Türkiyəyə geri qaytarılan 100 tarixi əsərin sərgisi keçirilir
Noyabrın 7-də gözlənilən hava şəraiti
Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
Tahir Budaqov ICAPP-ın 13-cü Baş Assambleyasında
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olunub
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Səhiyyə Nazirliyinin pediatrı mövsümi xəstəliklərin profilaktikası ilə bağlı tövsiyələr verib
Svetofor işləmədikdə, bu nömrəyə zəng edin!

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb