Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadədən ibarət nümayəndə heyəti 5-6 noyabr tarixlərində Koreya Respublikasının “Mincu” (Demokratik) Partiyası və Xalqın Gücü Partiyasının birgə ev sahibliyi ilə Seul şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 13-cü Baş Assambleyasında (BA) iştirak edib.
“Dəyişən dünyada etimadın bərpası” mövzusuna həsr olunmuş və 36 ölkədən 83 siyasi partiyanın nümayəndələrinin iştirak etdiyi 13-cü BA-nın açılış mərasimində Koreya Respublikasının Prezidenti Li Ce Myunun tədbir iştirakçılarına videomüraciəti təqdim olunub, “Mincu” (Demokratik) Partiyasının rəhbəri Kim Min-seok, Xalqın Gücü Partiyasının rəhbəri Canq Donq-hyeok, ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq və Milli Assambleyanın sədri Ço Ceonq-sik açılış nitqi ilə çıxış ediblər.
Daha sonra ICAPP-ın baş katibi Oh Sonq tərəfindən təşkilatın 2024–2026-cı illər ərzində fəaliyyətinə dair hesabat təqdim olunub. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malaziya, Vyetnam) nümayəndələr 13-cü BA-nın Büro sədrinin müavini seçiliblər. Həmçinin, ICAPP Nizamnaməsinə təklif edilən dəyişikliklər müzakirə olunaraq qəbul edilib.
Baş Assambleyanın plenar sessiyalarında siyasi partiyalar arasında dialoqun inkişafı, qarşılıqlı etimadın möhkəmləndirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Birinci plenar sessiyada çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin regionda sülh və əməkdaşlıq üçün yaratdığı yeni imkanlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri, idarəetmədə səmərəliliyin artırılması məqsədilə innovasiyaların tətbiqi və süni intellektin imkanlarından istifadə, eləcə də ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkəmizin gördüyü işlərdən bəhs edib, YAP-ın təşkilatçılığı ilə 2022-ci ildən etibarən hər il iyunun 15-də Şuşa şəhərində keçirilən beynəlxalq konfransların siyasi dialoq və beynəlxalq partiyalararası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Noyabrın 6-da BA çərçivəsində keçirilən ICAPP Media Forumunun “Süni intellekt transformasiyası” mövzusunda 8-ci iclasında çıxış edən Milli Məclisinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir informasiya mühitində süni intellektin jurnalistikaya təsiri, dezinformasiyaya qarşı mübarizə və etibarlı informasiya mühitinin qorunmasının əhəmiyyəti, Azərbaycanın rəqəmsal transformasiya təcrübəsi və süni intellektin imkanlarından səmərəli istifadə sahəsində görülən işlərdən bəhs edib.
Bağlanış sessiyasında plenar sessiyaların və ICAPP Media Forumunun 8-ci iclasının nəticələrinə dair hesabatlar təqdim olunub, Seul Bəyanatı qəbul edilib. Yekunda 14-cü Baş Assambleyaya 2028-ci ildə ev sahibliyi edəcək Vyetnam Kommunist Partiyasının nümayəndələrinə təşkilatın bayrağı və sədr çəkicinin təqdim edilməsi mərasimi keçirilib.







YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib
Tahir Budaqov ICAPP Daimi Komitəsinin xüsusi sessiyasında çıxış edib
Tahir Budaqov ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
Spiker Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşüb
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” konfransı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Hikmət Hacıyev teleradio işçilərinə təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan
İstanbulda ABŞ-dan Türkiyəyə geri qaytarılan 100 tarixi əsərin sərgisi keçirilir
Noyabrın 7-də gözlənilən hava şəraiti
Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olunub
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Səhiyyə Nazirliyinin pediatrı mövsümi xəstəliklərin profilaktikası ilə bağlı tövsiyələr verib
Svetofor işləmədikdə, bu nömrəyə zəng edin!
FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Antalya dünya iqlim gündəminin mərkəzinə çevrilir

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb