Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin (DK) üzvü Tahir Budaqov noyabrın 4-də Koreya Respublikasının Seul şəhərində “Mincu” (Demokratik) Partiyası və Xalqın Gücü Partiyasının birgə ev sahibliyi ilə keçirilən ICAPP-ın 13-cü Baş Assambleyası çərçivəsində ICAPP DK-nın 46-cı iclasında iştirak edib.
İclasda açılış nitqi ilə çıxış edən ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq gündəlikdə duran məsələlər barədə məlumat verib, ICAPP-ın cari fəaliyyətinə nəzər salıb, DK-nın yeni üzvlərini təqdim edib, təşkilatın gələcək iş planını diqqətə çatdırıb. O, həmçinin ICAPP-ın fəaliyyətinin daha da təkmilləşdirilməsinin, institusional imkanlarının gücləndirilməsinin və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə siyasi partiyalar arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviqinin, dialoq və əməkdaşlıq platformalarının inkişaf etdirilməsinin, eləcə də qlobal çağırışların həllində birgə səylərin artırılmasının vacibliyini qeyd edib.
Daha sonra 36 ölkəni təmsil edən 83 siyasi partiyanın iştirakı ilə baş tutan ICAPP-ın 13-cü Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verilib, büro üzvlüyünə sədr müavini kimi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da daxil olmaqla 5 ölkədən (Azərbaycan, Banqladeş, Çin, Malaziya, Vyetnam) namizəd irəli sürülüb.
DK iclasında Baş Assambleyanın bağlanış sessiyasında qəbul ediləcək Seul Bəyanatının layihəsi və ICAPP Nizamnaməsinə təklif olunan dəyişikliklər ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin siyasi partiyalar arasında dialoqun inkişaf etdirilməsi, dayanıqlı sülh və sabitliyin təşviqi, demokratik idarəetmənin gücləndirilməsi, süni intellektin imkanlarından ümumi rifah naminə istifadə və iqlim dəyişikliyi ilə mübarizə kimi aktual məsələlər müzakirə olunub.




YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib
Tahir Budaqov ICAPP Daimi Komitəsinin xüsusi sessiyasında çıxış edib
Spiker Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşüb
Tahir Budaqov YAP İdarə Heyətinin iclasını keçirdi - FOTOLAR
Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Ərdoğandan Azərbaycana səfəri barədə
Noyabrın 6-da gözlənilən hava şəraiti
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü Azərbaycana gəlməsi gözlənilir
Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır
Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə
Müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 yüksək texnologiyalı protezlə təmin edilib
140 gündə 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Dövlət başçısı: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına
Vətən müharibəsinin 40-cı günü: Düşmənin hərbi dayaqları sarsılır, Zəfərə aparan yol davam edirdi
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verilib
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb