Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 25-28 iyun tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 45-ci iclasının xüsusi sessiyasında videoformatda iştirak edib.
17 ölkədən 22 aparıcı siyasi partiya nümayəndələrinin iştirak etdiyi tədbirin açılış mərasimində Monqolustan Xalq Partiyasının baş katibi Sodbator Yanquq və ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq çıxış ediblər.
ICAPP-ın baş katibi Oh Sonq təşkilatın fəaliyyətinə dair cari məsələlər barədə məruzə ilə çıxış edib. Sonra gələcək iş planı ətrafında fikir mübadiləsi aparılıb.
ICAPP Daimi Komitəsinin “Rəqəmsal dövrdə Asiya transformasiyası: süni intellektin yaratdığı çağırışlar” mövzusuna həsr olunmuş xüsusi sessiyası keçirilib.
Sessiyaya videoformatda qatılan YAP Sədrinin müavini Tahir Budaqov ICAPP Daimi Komitəsinin 45-ci iclasına ev sahibliyinə görə Monqolustan Xalq Partiyasına təşəkkürünü bildirib və iclasın işinə uğurlar arzulayıb. O, hazırda olduqca aktual bir mövzuya həsr olunmuş bu mühüm iclasda aparılan müzakirələrin rəqəmsal inkişafın ən son yeniliklərinin və süni intellektin yaratdığı çağırışlara adekvat tədbirlərin müəyyənləşdirilməsi baxımından səmərəli fikir və təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Tahir Budaqov qeyd edib ki, bu gün bəşəriyyət fundamental texnoloji dəyişikliklər dövrünü yaşayır: “Asiya qitəsi bu transformasiyanın əsas mərkəzlərindən biridir. Əhalisinin sayı, iqtisadi potensialı, texnoloji innovasiya imkanları və insan kapitalı baxımından Asiya süni intellekt inqilabının əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Bununla yanaşı, regionumuz rəqəmsal bərabərsizlik, texnoloji asılılıq, kibertəhlükəsizlik riskləri, etik tənzimləmə və əmək bazarının transformasiyası kimi ciddi çağırışlarla da üz-üzədir. Bu baxımdan əsas məsələ süni intellektin inkişaf edib-etməyəcəyi deyil, onun hansı prinsiplər əsasında inkişaf etdiriləcəyidir. Bu qlobal prosesləri diqqətlə izləyən Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu sahədə həyata keçirilən islahatlar çərçivəsində ölkədə elektron dövlət xidmətlərinin inkişafı və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli prioritetlərimizi dəstəkləyən etibarlı, təhlükəsiz və səmərəli infrastruktur, data bazası və xidmətlər təmin etməklə nəqliyyat və kommunikasiya şirkətlərimizin fəaliyyətini müasirləşdirmək, qarşılıqlı inteqrasiyasını təmin etmək və dəyərini artırmaq məqsədilə 2024-cü ildə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılmışdır. AZCON Holding-in tərkibində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi süni intellekt sahəsində tədqiqat və inkişaf fəaliyyətinin təşviqinə, innovativ həllərin hazırlanmasına, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsinə və qabaqcıl texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə dəstək göstərir”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” isə bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir, ölkədə süni intellekt ekosisteminin inkişaf etdirilməsi, innovativ həllərin təşviqi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur: “Strategiyanın icrası çərçivəsində atılmış mühüm addımlardan biri Azərbaycanda süni intellekt üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, yeni nəsil mütəxəssislərin hazırlanması məqsədilə 2025-ci ildə Süni İntellekt Akademiyasının yaradılmasıdır. Azərbaycanın ali təhsil müəssisələri də bu prosesdə mühüm rol oynayır. Ölkənin aparıcı universitetlərində kompüter elmləri, informasiya texnologiyaları, verilənlərin analitikası və süni intellekt istiqamətlərində ixtisaslaşmış proqramlar inkişaf etdirilir. Məqsəd yalnız texnologiyadan istifadə edən mütəxəssislər deyil, yeni texnologiyalar yaradan tədqiqatçılar və innovatorlar yetişdirməkdir. Görülən işlər çərçivəsində rəqəmsal texnologiyaların və süni intellektin dövlət idarəçiliyində tətbiqinin genişləndirilməsi ilə bərabər, onların yaratdığı problemlərin və təhdidlərin qarşısının alınması, kibertəhlükəsizliyin gücləndirilməsi yönündə də hüquqi və əməli addımlar atılır, müvafiq qanunlar qəbul edilir. İnsanlar istifadə etdikləri texnologiyaların şəffaflığına, təhlükəsizliyinə və ədalətliliyinə inanmalıdırlar. Süni intellekt sistemləri hüququn aliliyinə, etik normalara və insan hüquqlarına uyğun fəaliyyət göstərməlidir. Bu baxımdan beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Heç bir dövlət süni intellektin yaratdığı imkanlardan və risklərdən təkbaşına sığortalana bilməz. Məlumat təhlükəsizliyi, etik standartlar, rəqəmsal idarəetmə və innovasiya sahəsində ortaq yanaşmaların hazırlanması qlobal zərurətə çevrilmişdir”.
Tahir Budaqovun sözlərinə görə, süni intellekt və rəqəmsal transformasiya yalnız hökumətlərin deyil, eyni zamanda, siyasi partiyaların da qarşısında yeni vəzifələr müəyyən edir: “Müasir dövrdə siyasi partiyalar cəmiyyətlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı, texnoloji dəyişikliklərin sosial nəticələrinin düzgün idarə olunmasında mühüm məsuliyyət daşıyırlar. Siyasi partiyalar rəqəmsal savadlılığın artırılması, innovasiyaların təşviqi, gənclərin texnologiya sahəsinə cəlb olunması və süni intellektin etik istifadəsi ilə bağlı ictimai konsensusun formalaşdırılmasında fəal rol oynamalıdırlar. Yeni Azərbaycan Partiyası da süni intellektin imkanlarından istifadə etmək məqsədilə özünün ixtisaslı kadrları vasitəsilə bu texnologiyanı öyrənir və onun tətbiqi imkanlarını təhlil edir. Ötən il iyunun 15-də YAP-ın təşkilatçılığı ilə Şuşa şəhərində keçirilmiş “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı beynəlxalq konfransın “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzusuna həsr olunmuş panel sessiyasında kifayət qədər maraqlı fikir və təcrübə mübadiləsi aparılmışdır. Günümüzün reallıqlarını nəzərə alaraq, bu məsələnin daim diqqət mərkəzində saxlanılmasının və aparılan müzakirələrin əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini bir daha qeyd edir, bugünkü müzakirələrin də uğurlu nəticələrlə yadda qalacağına əminliyimi ifadə edirəm”.
Aparılmış müzakirələrdə rəqəmsal transformasiyanın və süni intellektin inkişafının qlobal tərəqqi və rifaha bir çox yeni imkanlar yaratdığı qeyd olunub. Bunun belə, yeni texnologiyaların, xüsusən də süni intellektin meydana çıxardığı bir sıra təhlükəsizlik çağırışlarına qarşı beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş və birgə fəaliyyətinin zəruriliyi vurğulanıb.





YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib
Spiker Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşüb
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?