lider-media.az

Müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 yüksək texnologiyalı protezlə təmin edilib

Baxış: 1276 Tarix: Сегодня, 10:57

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı aparılan sosial dəstək işlərinin bir istiqaməti də onların yüksək texnologiyalı, son nəsil protezlərlə təmin olunmasıdır.

Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 500-dən çox şəxs 626 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edilib.

Eyni zamanda, onların  müasir idman protezləri ilə təminatı da həyata keçirilir.Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Bu reabilitasiya vasitələri istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq idman yarışlarında da iştirak edə bilmək imkanı yaradır.

 

 

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi