lider-media.az

Ərdoğandan Azərbaycana səfəri barədə

Baxış: 1105 Tarix: Сегодня, 13:26

erdogandan-azerbaycana-seferi-barede

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib.Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb.“Fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram. İnşallah, bu səfər vasitəsilə də zəruri addımları atmaq imkanımız olar”, - deyə o bildirib.Ərdoğan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə həyata keçirdiyi telefon danışığını da xatırladıb.

“Hər zaman dediyim kimi, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha artıqdır. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, talehimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”, - Ərdoğan vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi