Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib.Xatırladq ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların “Kobra” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.Prezident İlham Əliyevin Sərəncamı ilə Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-u “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.