Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olunub.
Tədbir muxtar respublikadakı sosial müdafiə və reabilitasiya infrastrukturu, əhalinin sosial müdafiəsi sahəsində aparılan işlər və tətbiq edilən yeniliklərlə bloger və media mənsublarını yaxından tanış etmək məqsədi daşıyıb.
Mediatur iştirakçıları bu ilin avqust ayında açılışı olan Naxçıvan Regional DOST mərkəzinin fəaliyyətini nəzərdən keçirib, burada vətəndaşlara göstərilən operativ, müasir və şəffaf xidmət prosesini izləyiblər.
Qonaqlarla görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə muxtar respublikada icra olunan sosial müdafiə və aktiv məşğulluq proqramları, şəhid ailələri və müharibə iştirakçıları üçün həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verib.
Proqram çərçivəsində bloger və media nümayəndələri Şahbuz rayonundakı Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində olublar. Burada ahıl və digər həssas qruplardan olan şəxslərə göstərilən sosial-məişət xidmətləri, müəssisənin maddi-texniki bazasının gücləndirilməsi və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.Mediatur iştirakçıları həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksini də ziyarət ediblər.Səfərin sonunda qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil edilən, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları və əməkdar artist Fərqanə Qasımovanın ifalarından ibarət olan inklüziv konsert proqramını izləyiblər.








Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” konfransı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Hikmət Hacıyev teleradio işçilərinə təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan
İstanbulda ABŞ-dan Türkiyəyə geri qaytarılan 100 tarixi əsərin sərgisi keçirilir
Noyabrın 7-də gözlənilən hava şəraiti
Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
Tahir Budaqov ICAPP-ın 13-cü Baş Assambleyasında
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Səhiyyə Nazirliyinin pediatrı mövsümi xəstəliklərin profilaktikası ilə bağlı tövsiyələr verib
Svetofor işləmədikdə, bu nömrəyə zəng edin!
FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Antalya dünya iqlim gündəminin mərkəzinə çevrilir

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb