Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ADY-dən verilən məlumata görə, bayram günlərində sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təşkili və artan tələbatın qarşılanması məqsədilə bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.
Məlumata görə, 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı və Qəbələdən reyslər təşkil ediləcək. Qatar Bakıdan Qəbələyə saat 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
7–10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə də hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Həmin tarixlərdə qatar Bakı Dəmiryol Vağzalından saat 09:20, Ağstafa stansiyasından isə 17:15-də yola düşəcək.
Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar qarşıdakı qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.Bundan əlavə, 8 noyabrda Gəncə–Mingəçevir–Gəncə marşrutu ilə reyslər təyin edilib. Qatar Gəncədən saat 07:15, Mingəçevirdən isə 08:40-da yola düşəcək.
7–10 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli ilə təşkil ediləcək.Hərəkət qrafiki və biletlə bağlı məlumatları www.ady.az saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Vəkil Elşən Məcidlinin “Zirvədəki bayraq” adlı hekayəsi
Paytaxtdan Qazaxa kimi
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” konfransı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK
Hikmət Hacıyev teleradio işçilərinə təbrik edib
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan
İstanbulda ABŞ-dan Türkiyəyə geri qaytarılan 100 tarixi əsərin sərgisi keçirilir
Noyabrın 7-də gözlənilən hava şəraiti
Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
Tahir Budaqov ICAPP-ın 13-cü Baş Assambleyasında
Bloger və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olunub
“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi və toxum sərgi-satış yarmarkası
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Səhiyyə Nazirliyinin pediatrı mövsümi xəstəliklərin profilaktikası ilə bağlı tövsiyələr verib
Svetofor işləmədikdə, bu nömrəyə zəng edin!
FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Antalya dünya iqlim gündəminin mərkəzinə çevrilir

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb