lider-media.az

“Könüldən-könülə”: Bakıda türk dünyasının musiqi ruhu bir araya gələcək  

Baxış: 416 Tarix: Вчера, 10:22

Noyabrın 19-da Bakıda “Könüldən-könülə” adlı konsert proqramı təqdim olunacaq.

Lider-media.az xəbər verir ki, tədbir Yunus Emre İnstitutu və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

 Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsert Azərbaycanın 44 günlük Vətən müharibəsinin altıncı ildönümünə və ŞKTC-nin qurulmasının 43-cü ildönümünə həsr olunub.

Musiqi gecəsində türk klassik musiqisinin seçilmiş nümunələri səsləndiriləcək. Proqramın xüsusi qonaqları isə İngiltərədə yaşayan kiprli türk qadınlarının yaratdığı xor kollektivi olacaq.

 

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi