Nümayəndə heyəti ölkəmizin Hanoydakı səfirliyinə gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub. Səfər çərçivəsində, martın 24-də Vyetnam Sosialist Respublikasının Prezidenti Luonq Kuonq nümayəndə heyətini qəbul edib.
Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Vyetnamın Kommunist Partiyasının Baş katibinə və ölkə prezidentinə çatdırıb.
Prezident Luonq Kuonq dövlətimizin başçısına salamlarına görə minnətdarlığını bildirib, onların da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu qeyd edilərək, SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib.
Vurğulanıb ki, müstəqilliyin bərpasından sonra Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib. Xüsusilə, 2014-cü ildə dövlət başçısının Vyetnama gerçəkləşdirdiyi dövlət səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Səfər çərçivəsində, həmçinin, Vyetnamın Baş prokuroru Nquyen Tiyen ilə Ali Xalq Prokurorluğunda ikitərəfli görüş keçirilib.
Görüşdə Vyetnamın Baş prokuroru Azərbaycan ilə yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.
Prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirən Nquyen Tiyen Vyetnam xalqının çətin dövrlərdə Azərbaycan xalqı tərəfindən göstərilən dəstəyi daim yüksək qiymətləndirdiyini və heç vaxt unutmayacağını vurğulayıb.
Xüsusilə vurğulanıb ki, 2023-cü ildə Vyetnamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi və Vyetnama tarixi səfərinin 40 illiyi, həmçinin Ho Şi Minin ölkəmizə səfərinin 65 illiyi təntənəli qeyd edilib.
Baş prokuror Kamran Əliyev səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, xüsusilə də prokurorluq sistemində həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb.
Baş prokuror bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrə fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.
Səfər çərçivəsində, martın 25-də isə Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Li Min Çi ilə ikitərəfli görüş keçirilib.
Li Min iki il əvvəl Vyetnamın Baş prokuroru olarkən Kamran Əliyevlə Sankt-Peterburqdakı görüşünü xatırladıb və iki ölkənin prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun hüquq mühafizə orqanları arasında əməkdaşlıq üçün təkan rolunu oynayacağına əminliyini ifadə edib.
Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl hüquqi islahatlar barədə həmkarını məlumatlandırıb.
Baş prokuror Azərbaycan prokurorluğunun digər dövlətlərin hüquq mühafizə, həmçinin məhkəmə orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirərək, gələcəkdə Vyetnamın Ali Məhkəməsi ilə əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Kuannin əyalətinin prokurorluğunda da olub.
Əyalətin Baş prokuroru Luonq Pfuk Son prokurorluğun fəaliyyəti barədə məlumat verərək, ölkəmizin bölgə prokurorluqları ilə təcrübə mübadiləsində maraqlı olduqlarını bildirib.
Kamran Əliyev baş prokurorluqlar arasında imzalanmış sənədin ölkələrimizin region prokurorluqlarının qarşılıqlı səfərləri üçün faydalı olacağını qeyd edib.
Görüşlərdə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə də iştirak edib.
Azərbaycan nümayəndə heyətinin Vyetnama səfəri başa çatıb.





Baş prokuror Vyetnamda işgüzar səfərdədir
Azərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıb
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb