Azərbaycan və Vyetnam Baş prokurorluqları arasında memorandum imzalanıb
Görüşdə iki ölkə arasında dost münasibətlərin təməlinin hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfəri zamanı qoyulduğu qeyd edilib. SSRİ dövründə Azərbaycanda 5 minədək vyetnamlının təhsil aldığı bildirilib. Ali Xalq Prokurorluğunda keçirilmiş ikitərəfli görüşdə Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycan ilə yüksələn xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsini müsbət qiymətləndirib. Baş prokuror Kamran Əliyev iki ölkə liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin səmərəliliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hüquqi baza üzrə fikir mübadiləsi aparıblar.
Sonda Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri davam edir