Vyetnamın Baş prokuroru Nquyen Tiyen Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib. Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.
Baş prokuror Kamran Əliyevlə vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb.
Görüşdə qeyd edilib ki, iki ölkə arasında dost münasibətlərin təməli hələ 1959-cu ildə Vyetnamın ilk prezidenti Ho Şi Minin ölkəmizə səfəri zamanı qoyulub. Münasibətlərin inkişafında 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama tarixi səfərinin mühüm rol oynaması xüsusi vurğulanıb. Həmçinin keçmiş SSRİ dövründə Azərbaycanda minlərlə vyetnamlının təhsil aldığı diqqətə çatdırılıb.
Bildirilib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan-Vyetnam əlaqələri dinamik inkişaf edib.
Xüsusilə, 2014-cü ildə Azərbaycanın dövlət başçısının Vyetnama, 2025-ci ildə isə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana reallaşdırdığı dövlət səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə və etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə həmçinin, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Hanoy şəhərinə işgüzarı səfəri xatırlanmış, həmin səfərdə Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Bundan başqa, görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əmlakın bərpası, ətraf mühitin qorunması kimi prokurorluq fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.
Vyetnam Sosialist Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Müqavilə” layihəsi hazırlanıb və hazırda dövlətdaxili proseduralardan keçirilir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Nquyen Tiyen təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.


Konfrans iştirakçıları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Zərifə Əliyevanın doğum günüdür
Baş prokuror Vyetnama səfər edib
Vüqar Rəhimzadə: Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq
Görkəmli alim, nəcib və xeyirxah insan, qayğıkeş ana
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb