Bu günlərdə Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Artıq yarım əsrdən çox müddət ərzində davam edən dostluq münasibətləri hazırda yeni inkişaf mərhələsindədir. İki ölkə arasında olan əlaqələrin inkişafında ulu öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Xo Şi Minin müstəsna xidmətləri olub. Xo Şi Min 1959-cu ildə Bakıya səfər edərkən Azərbaycanı Vyetnamın neft sənayesinin inkişafına kömək etməyə çağırıb, ötən illər ərzində yüzlərlə azərbaycanlı mütəxəssis Vyetnamda neft sənayesinin dirçəldilməsinə böyük töhfələr verib. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Həmin dövrdə regionda gedən geosiyasi proseslər səbəbindən ciddi təhdidlə üzləşən ölkəyə ulu öndərin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi.
Qarşılıqlı əlaqələrin nəticəsi olaraq hələ sovet dövründə beş minə yaxın vyetnamlı gənc ölkəmizdə ali təhsil alıb. Hətta onlardan bəzilərinin Azərbaycanda qalıb yaşayanı da olub. Ölkəmizdə təhsil alan minlərlə vyetnamlı tələbə Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verərək bu gün də vətənlərində yüksək vəzifələrdə çalışırlar. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə qeyd etmişdir ki, Azərbaycan-Vyetnam əlaqələrinin təməlini Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Ümumiyyətlə, ikitərəfli əməkdaşlıq iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni sahədə də inkişaf edib. Bu mənada Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi olduqca böyük əhəmiyyət kəsb edir.
Həmin tələbələr sonrakı illərdə də iki ölkə arasında əlaqələrin qurulmasında fəal iştirak ediblər. Ötən ilin may ayında Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 40 il əvvəl Azərbaycanda təhsil almış Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri ölkəmizdə səfərdə olarkən qədim şəhərimiz Şuşanı ziyarət ediblər. Təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın əməyi böyükdür. Mədəni əlaqələr müxtəlif dövrlərdə bir çox təşəbbüslər və layihələr çərçivəsində möhkəmlənib. Belə layihələrdən biri də 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinin həyata keçirilməsidir. Ötən ay Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, Fond görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərmişdir. Səfər çərçivəsində Leyla Əliyeva Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Lı ilə görüşlər keçirmişdir.
Vyetnam və Azərbaycanı siyasi-iqtisadi əlaqələrlə yanaşı, oxşar milli ənənələr də birləşdirir. Qədim tarixə malik Vyetnam olduqca zəngin və unikal mədəniyyətə sahibdir. Vyetnamlılar da azərbaycanlılar kimi sülhsevər, milli adət-ənənələrinə sadiq xalqdır. Ölkə əhalisinin əksəriyyətini vyetnamlılar təşkil etsə də burada 50-dən çox azsaylı millət yaşayır. Onlar txay, kxmer, xaray, txo, nunq, mionq, tiyam və digər xalqlardı. Hər iki ölkəni ailə dəyərlərinə, milli adət-ənənələrə hörmət, onları qoruyub saxlamaq missiyası yaxınlaşdırır. Azərbaycanda olduğu kimi, Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması dövlətin əsas prinsiplərindən biridir. Bəzi mədəniyyət işçiləri və mütəxəssislər isə hesab edirlər ki, Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar çoxdur. Onlarda da klassik musiqi və rəqs mədəni irs olaraq qorunur. Şərq elementləri ilə zəngin musiqiləri öz kökünü əsasən xalq musiqisindən alır. Milli rəqslərimiz arasında sanki bir paralellik olduğu hesab edilir. Vyetnamın şimalında məskunlaşan Tay etnik qrupunun rəqsi ilə Azərbaycanın "Yallı" rəqsi arasında oxşarlığın olduğu daha çox qeyd edilir. Dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayev 1954-cü ildə ölkələrimizin dostluq münasibətlərini təcəssüm etdirən "Vyetnam" süitasını yazmışdır. SSRİ Xalq bəstəkarının bu əsəri Sovet-Vyetnam müştərək işi olan "Vyetnam" filmində də istifadə edilmişdir. 2023-cü ilin dekabr ayında Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü, türkdilli ölkələrin səfirliklərinin dəstəyi və Vyetnam Milli Musiqi Akademiyasının təşkilatçılığı ilə Hanoy şəhərində dahi bəstəkar Qara Qarayevin "Vyetnam" əsərinin premyerası keçirilmişdir.
Azərbaycan-Vyetnam dostluğu üçün böyük hadisə olan "Vyetnam süitası"nın premyerasında ölkənin yüksəkvəzifəli şəxsləri, Hanoydakı diplomatik missiyaların rəhbərləri, musiqişünaslar, digər yaradıcı şəxslər iştirak etmişlər. O vaxta kimi Vyetnamda ifa edilməmiş əsərə böyük maraq səbəbindən konsert Mərkəzi Televiziya tərəfindən canlı yayımlanıb və lentə alınıb. Dövlətlərimiz arasında mədəni əlaqələr daim yüksək səviyyədə davam edib. Vyetnamda kino məktəbinin qurulmasında rejissor Əjdər İbrahimovun böyük rolu olub. Bakıda "Əfsanə yaradanlar" filminin nümayişi və Vyetnam Günləri kimi təşəbbüslər ortaq humanitar dəyərlərin təcəssümüdür. 2024-cü ilin 22-27 iyul tarixlərində isə Azərbaycanda Vyetnam lideri Ho Şi Minin ölkəmizə səfərinin 65 illik yubileyi ilə əlaqədar "Vyetnam" günləri keçirilib.
İki ölkə arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə aid olsa da son illər daha çox inkişaf edib. Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri dövlətlər arasında siyasi-iqtisadi inteqrasiyanın inkişafı, həmçinin humanitar və partiyalararası sahələrdə yeni mərhələyə keçid üçün əlamətdar hadisədir. Bu səfərin əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti müsahibəsində bildirib ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə bəhs olunan səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.
Nurəngiz Adilqızı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib
"Zülfüqar - 2026" birgə taktiki təlimi başa çatıb
Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Mərkəzi Bank bu il və gələn il üçün neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Ağdamın yeni nəslinin nəfəsi
Avqustun 1-də gözlənilən hava şəraiti
Sağlamlıq üçün təbiətin gücü - Təbii müalicə üsulları haqqında Səhiyyə Nazirliyinin mütəxəssisinin izahı
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
S.N.Japarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan nefti bu gün də bahalaşdı
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?
Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası
Beyinin vaxtından əvvəl qocalmasına səbəb olan 6 təhlükə – Nevroloqun açıqlaması