lider-media.az

Bakı metropolitenində 20 Yanvar faciəsinin şəhid ailə üzvü və canlı şahidləri ilə görüş keçirilib

Tarix: Bu gün, 14:48


"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov 20 Yanvar hadisələrinin 35-ci ildönümü ərəfəsində metropolitençi şəhidlərin ailə üzvləri, həmin gecə iş başında olan əməkdaşlar və veteranlarla görüş keçirib. Görüşdə şəhid metropoliten əməkdaşları İlqar Qarayev və Əflatun Kazımovun xatirəsi dərin hörmətlə yad olunub.
Xüsusi vurğulanıb ki, yanvarın 19-dan 20-nə keçən gecə sübhə qədər dayanmadan fəaliyyət göstərən metropoliten insanların sığınacaq yeri və yaralıların köməyinə çatmağa çalışan tibb işçiləri üçün yeganə təhlükəsiz nəqliyyat vasitəsi olub. 
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi