Mütəfəkkir dövlət xadinləri, igid sərkərdələri, qüdrətli ordusu, peşəkar zabit heyəti. əyilməz əsgərləri ilə daima qürur düyan, Zəfər - Qələbə əzmi ilə qəhrəmanlıq tarixini yaradan Azərbaycanın mərd, məğrur oğulları II dünya müharibəsində də sübut etdilər ki, onlar qəhrəman diyarın övladlarıdır. 1941 – 1945- ci illər müharibəsində tarix yaradan, mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer alan iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Azərbaycanın dilbər guşələrindən biri Lənkəranda anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 saylı tam orta məktəbdə alıb. 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib.
Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub. Sonralar xidmətini 12-ci zirehli avtomobil divizonunda davam etdirib və texnikayla döyüş texnikasını öyrənib. Bir müddət sonra rota komandiri olub.
1934-cü ildə hərbi hissənin Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir bölmələrin və hissələrin manevrlərə hazırlığını yoxladığı zaman Həzi Aslanovun tank rotası təlimdə fərqlənib. Komandan Həzi Aslanova qiymətli hədiyyə təqdim edib və bu hadisə onun tankçı kimi ilk hərbi uğuru olub. Bu hadisədən qısa müddət sonra Həzi Aslanov Kiyevdə avtomobil batalyonuna komandir təyin olunub.
1937-ci ildə Ukrayna SSR Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahidə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1939-cu ilin axırlarında ona kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.
Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov, Ukraynada Lvov vilayətində xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri bərabər döyüşə girir. Özü bu haqda belə yazır: "1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik." 1941-ci ilin sentyabr ayının axırlarında Ukraynanın sağ sahil hissəsində vəziyyət SSRİ ordusu üçün ağırlaşdı və qoşunlar ağır tələfata uğrayıb Xarkov vilayətinə qədər geri çəkildilər. SSRİ Ali Baş Komandanlıq Qərargahının əmri ilə 51-ci əlahiddə ordunun birləşmələri Krım bərzəxlərini əllərində saxlamalı və Alman qoşunlarının Krımı ələ keçirməsinin qarşısını almalı idi. Donbas və Xarkov sənaye rayonunun ətrafını qorumaq üçün çoxzolaqlı müdafiə sistemi və istehkamlar yaratmaq üçün Qərargah, Mayor Aslanov da daxil bir krup komandiri Donbasa göndərilir.
Azərbaycan xalqının qüruru mayor Aslanov öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edir və onu ağır tələfata uğradır. Bu tarixi hadisədən sonar Həzi Aslanov Moskvaya çağırılır və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilir. Səngərlərin sipərinə çevrilən Həzi Aslanov 55-ci əlahiddə tank briqada komandirinin müavini kimi Kerç yaxınlığında alman faşistləri ilə ağır döyüşlərə girir. Kerç, Semisotka və 8 mart kəndi yaxınlığında düşmənə ağır zərbələr endirir.
1941-ci ilin payızında cəbhənin bir sıra istiqamətlərində, Leninqrad və Tixvin, Rostov və Krım yaxınlığında şiddətli döyüşlərdə SSRİ ordusu alman ordusuna güclü tələfata uğradır. Noyabrın ayının axırlarında isə Moskva yaxınlğında ağır vəziyyət yaranmağa başlayır. 1941-ci ilin dekabrında Moskva uğrunda gedən qeyri-bərabər döyüşlərdə Həzi Aslanov qəhrəmanlıq səlnaməsini yaradır. Moskva ətrafında alman ordsunun 60-dan artıq diviziyası şəhəri ələ keçirmək üçün cəmləşdiyi ərəfədə ölüm- qalım savaşı başlayır. Belə bir ağır zamanda Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Həzi Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə o, mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyə nail olur. Bu hərbi əməliyyat zamanı Həzi Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Həzi Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət, əsgər və zabit xilas olunur. Azərbaycanın igid oğlu Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülür.
Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun rəhbərliyi ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirirlər. Tankçılar vuruşa-vuruşa 40 kmdən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub faşistləri Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarır. Həzi Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət, qəhrəmanlıq göstərirlər. Düşmənin 30 əks-hücum əməliyyatını dəf edir, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarırlar. Bu döyüşdə göstərdiyi şücaətə görə qəhrəmanlıq tarixini cəsarəti və məğrurluğu ilə yazan podpolkovnik Həzi Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Öz hərbi biliyini artırmağa daima səy göstərən Həzi Aslanov 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyir. Sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdır.
1944-cü il martın 13-də ona tank qoşunları general mayoru ali rütbəsi verilir. 1944-cü il iyunun axırlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Həzi Aslanovun tankları Vilnüsə hucumları davam etdirir. Onun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı Bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülür.
1944-cü il avqustun 1-də general Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. O, Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı və əzmkar sərkərdə kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır. Komandanlıq etdiyi polka qvardiya adı verilir. General Həzi Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edir, daha sonra 1944-cü ildə 35-ci qvardiya tank briqadası Belarusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənir.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən, general Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonu yaxınlığındakı Priyekule ərazisində döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilmiş amma o, yolda erməni xəyanətinin qurbanı olaraq dünyasını dəyişmışdi. General Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olan yazıçı-jurnalist Musa Bağırovun “Sərkərdənin taleyi” adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu… Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: Həzi Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı. Beqiaşvilinin fikirincə, Həzi Aslanov qətlə yetirilib”. Həzi Aslanovun qətlini onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni Baqramyan təşkil etmişdi. Çünki, Həzi Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və Sovet Ordusunun açdığı mərmi atəşindən sonra mümkün olmuşdu.
1944-cü ildə general-mayor Həzi Aslanov Belarusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı Baqramyan buna maneəçilik törədir. Ölümündən, daha doğrusu Şəhidlik zirvəsinə ucalmasından 46 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir.
“Ana Vətən çağırır!” nidası ilə tarix yaradan milli Azərbaycan diviziyalarının igid əsgərlərinin qəhrəmanlıq, əyilməzlik, rəşadət, şücaət simvoluna dönən general Həzi Aslanov ölümü, daha doğrusu, ədalətsiz Qətli ilə şəhidlik zirvəsinə ucaldı. Cənazəsi Latviyadan Vətənə - Odlar Yurdu Azərbaycana gətirilib Fəxri Xiyabanda torpağa verildi. Əfsanəvi döyüş yolu ədəbi – bədii əsərlərə, kino filmlərə çevrildi. Böyük Vətən müharibəsinin taleyini həll edən Stalin, Jukov, Molotov, Əziz Əliyev kimi general Həzi Aslanovun adı çəkiləndə də hər kəs sayğı duruşunda dayanır. Adı ilə bağlı tədris mərkəzlərində peşkar hərbiçi kadrlar yetişdirilir. Xatirəsinin əbədiləşdirildiyi ünvanlardan keçəndə isə hər kəsin yadına Ulu öndər Heydər Əliyevin tarixi kəlamı düşür: “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adıyla fəxr edib, qürur duyduğumuz Azərbaycanın məğrur sərkələrindəndir.
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri, polkovnik


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub
Ərdoğan ABŞ-İran sazişini mühüm hadisə kimi qiymətləndirib
15 İyun – Tarixin xilasa çevrildiyi gün
Azərbaycan nümayəndə heyəti Bonn iqlim sessiyasında iştirak edib
Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Vətənə bağlanan ömür
Müdafiə Nazirliyi həftəlik fəaliyyət icmalını təqdim edib
Azərbaycan–Şimali Kipr arasında çarter uçuşların başlanması gözlənilir
Агамали Мамедов: Комната ожидания
Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı