lider-media.az

Göydəniz Qəhrəmanov: Turistlərlə turizm şirkətləri arasında əldə olunan bütün turpaketlərin müqavilələri imzalanmalıdır

Baxış: 387 Tarix: 25-01-2024, 15:53


Üzvlərimizə müraciət edərək bildirmək istəyirik ki, artıq yaz aylarına yaxınlaşırıq, hazırda erkən rezervasiyalar həyata keçirilir. Mütləq şəkildə turistlərlə turizm şirkətləri arasında əldə olunan bütün turpaketlərin müqavilələri imzalanmalıdır.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov söyləyib.

O bildirib ki, həmin yazılı sənədin olmaması sonradan turistlərə bir çox çətinliklər yaşadır. “Tərəflər arasında yazılı öhdəlik olmayanda sonradan kimin haqlı, kimin haqsız olduğuna aydınlıq gətirmək çox çətin olur. Şirkətlər də bu məsələyə qeyri-ciddi yanaşır. Düzdür, həmin şirkətlər bizim üzvlərimiz deyildi. Buna baxmayaraq belə halların yaşanmaması üçün mütləq şəkildə bu müqavilələr imzalanmalıdır”, - deyə G.Qəhrəmanov diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi