Arpaçay Karate Klubu və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı, İnclusive Organization Team və Mərkəzi Qan Bankının tərəfdaşlığı, həmçinin Bakı İdman Sarayının dəstəyi ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq - donor olaq” şüarı altında qanvermə aksiyası həyata keçirilir. Aksiya "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsulov söyləyib.
F.Rəsulov bildirib ki, biz zəfər çalmış, qəhrəman bir xalqın nümayəndələriyik: “Qanvermə aksiyasının məhz bu gün keçirilməsi çox qürurvericidir. Şəhidlərimizin adı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir, bu gün keçirilən aksiya da məhz həmin tədbirlərdəndir. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Buna görə də şüarımız “Sağlam olaq - donor olaq” adı altında şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Əgər bir insan sağlam deyilsə, o donor ola bilmir. Ona görə, xüsusən gənclərimizin asudə vaxtlarının səmərəli təşkili, onların pis vərdişlərdən uzaq olması məqsədilə mütəmadi olaraq idman cəmiyyətləri federasiyaları ilə əlaqələr saxlanılır. Onların belə aksiyalarda “sağlam bədəndə sağlam ruh olar” devizi altında iştirakı təmin edilir”.
İdarə Heyətinin sədri xüsusi vurğulayıb ki, məhz qan komponentlərini heç bir dərman preparatı əvəz etmir: “Ona görə də toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Bizlər belə qanvermə aksiyalarını mütəmadi həyata keçirməliyik. Çünki toplanan qan ehtiyatları həmin xəstəliklərdən əziyyət çəkən insanların sağlamlığına böyük fayda vermiş olur”.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ÖTƏN İL MÖHTƏŞƏM İDMAN UĞURLARIYLA YADDA QALDI
20 YANVAR – MÜSTƏQİLLİYİMİZİN BƏRPASINA APARAN YOL
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Qafarova qırğız vəzifədaşı ilə görüşdü
Teymur Musayev Anar Bayramovu kollektivə təqdim edib
Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı
Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Oktyabrın 19-u saat 13:00-a olan faktiki hava
Ümumdünya Qadın Parlamentarilər Forumu keçirilib
Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu
Sabahın hava proqnozu
Alyona Əliyeva konsertdə
Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək: İki yeni yol layihəsi nəzərdə tutulur Video
T.Y.Musayevin Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
9 ayda icbari tibbi sığorta ilə pasiyentlərə 75 milyon tibbi xidmət göstərilib
Baş Dövlət Yol Polisi İdarəsindən küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət
Vətən müharibəsinin iyirmi üçüncü günü: Cəbrayılın 13 kəndindən gələn qələbə müjdəsi
Ardıcıl 4 gün bu reys üzrə əlavə marşrut təyin olunacaq
Füzuli şəhərinə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər