lider-media.az

İrakli Kobaxidze: Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionda sabitliyin təminində mühüm rol oynayır

Baxış: 223 Tarix: 17-01-2025, 12:48

Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Lider-media.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X"dəki paylaşımında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub:

“Əli Əsədovla məhsuldar görüş keçirdim, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdik. Xüsusilə ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Strateji tərəfdaşlığımız regionda tərəfdaşlarımız üçün sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi