lider-media.az

Kobaxidze Azərbaycana gəlir

Baxış: 194 Tarix: 16-01-2025, 14:16

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində, Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə, Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.Gürcüstan nümayəndə heyətinə Baş nazirin rəhbərlik etdiyi heyətə, birinci vitse-prezident, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi