lider-media.az

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlara ustad dərsləri keçirilib - FOTOLAR

Baxış: 128 Tarix: 16-01-2025, 10:46

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlara ustad dərsləri keçirilib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən “Gənclər Məkanı”nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.“Nine Senses” İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların asudə vaxtının səmərəli təşkilinə yönəlib. İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi ustad dərslərinin əsas məqsədlərindəndir.

Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəmiş, habelə incəsənət vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olublar. Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanıb və dərslərin davamlı olması arzusunu ifadə ediblər.

Qeyd edək ki, qazanılmış təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin ölkəmizin digər regionlarında da təşkili nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi