lider-media.az

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Tarix: Bu gün, 18:07

Ölkənin birinci bankı Kapital Bank 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata görə bankın aktivləri 1 yanvar 2025-ci il tarixinə 11 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.2 milyard manat olub.

1 yanvar 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9 milyard  manat təşkil edib.

Bankın 1 yanvar 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 977 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Ətraflı məlumat: https://kbl.az/drhp

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi