lider-media.az

Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib

Baxış: 609 Tarix: 14-10-2024, 15:20

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 1 oktyabr 2024-cü il tarixinə 10.3 milyard manat təşkil edib.

Müştərilərə verilən kreditlərin həcmi isə 5,1 milyard manat olub. 1 oktyabr tarixinə olan nəticələrə görə, bankda müştəri depozitlərinin həcmi 8 milyard manat təşkil edib. Bankın tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 166 milyon manat olub.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi