lider-media.az

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb

Baxış: 15 Tarix: 14-01-2025, 12:03

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb

Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də deyilmir. Eynilə 1987-1991-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalmasının və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsinin üzərində sükutla keçilir.

Lider-media.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Qeyd olunur ki, kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq regionda gərginlik yaratmaq əvəzinə, Ermənistanın irqçilik siyasətini, o cümlədən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiqləyən, bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir.

Qərbi Azərbaycan İcması olaraq biz “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi