Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib.Görüşdə ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti, cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayan Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, sanatoriya və kurort müəssisələri artıq qış aylarında da fəaliyyət göstərir və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə təklif olunur. Şəffaflığın, əlçatanlığın və rahatlığın təmin edilməsi məqsədilə AHİK-in nəzdində “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi mərkəzləşdirilib və sadələşdirilib.Konfederasiya sədri sosial layihələrin icrası, sanatoriyalarda tibbi reabilitasiya xidmətlərinin göstərilməsi, birgə təlim və maarifləndirmə tədbirlərinin təşkili, sağlamlığın təşviqi məsələlərində TƏBİB-lə əməkdaşlıq perspektivlərini vurğulayıb.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirib. TƏBİB-in rəhbəri tibbi turizmin inkişafının, sanatoriyalarda reabilitasiya xidmətləri sferasının genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb.



AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı