Lider-Media.az xəbər verir ki,, COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Buzovna” Fizioterapiya Mərkəzində olub.Mərkəzə baxış zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qonağa məlumat verib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Həmçinin mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib.BHİK rəsmisi yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olub. Həkimlərlə söhbət edən qonağa mərkəzin iş prinsipi, göstərilən xidmətlər, prosedur qaydaları, qidalanma haqqında məlumat verilib.Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında ”Buzovna” Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları və istirahəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda “AHİK könüllüləri” proqramının iştirakçıları onların rahat işləməsi üçün hər cür dəstəyi verirlər.
Erik Manziyə “AHİK könüllüləri” proqramı haqqında da məlumat verilib. Bildirilib ki, AHİK-in yeni layihəsi olan könüllük proqramı həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzunun artırılması və sıralarının genişlənməsi məqsədi daşıyır. Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki, onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələridir. Bu layihə onların bilik və bacarıqlarının artırılması, istedadlarını nümayiş etdirmələri, təcrübə qazanmaları və sosiallaşmaları üçün olduqca mühüm fürsətdir. Həm də onlar COP29 tədbirinin keçirilməsinə, iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək üçün buradadırlar və bu nəcib missiyadan qürur duyurlar.
Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqında təəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkil olunmasından, insanların qonaqpərvərliyindən razılığını ifadə edib.
Qeyd edək ki, BHİK Baş katibinin müavini Erik Manzi Konfederasiya sədri Sahib Məmmədovla birgə Bakının tarixi məkanlarında da olub.
















AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
“AHİK Könüllüləri” proqramının 11 universitetdə təqdimatı
Azərbaycan və Özbəkistan həmkarlar ittifaqlarının rəhbərləri arasında görüş olub
Bakıda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya həsr olunmuş konfrans keçiriləcək
MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
XƏBƏRDARLIQ
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Prezidentin sosial şəbəkə hesablarında PAYLAŞIM
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Xalq rəssamı Fərhad Xəlilova
MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində
F.Q.Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq
Yeni icra başçısı kollektivə təqdim olunub
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu
Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət