Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov 11 Noyabr – Özbəkistan Həmkarlar İttifaqı Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edib.Konfederasiya sədri noyabrın 11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anaraq abidə önünə gül dəstələri qoyub.
Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında qurumun sədri Qudratulla Rafiqovla görüş olub.Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərindən, dövlətlərimizin bir çox sahə üzrə genişlənən əməkdaşlığından, ölkə başçıları səviyyəsində baş tutan qarşılıqlı səfərlərdən və bunun əhəmiyyətli nəticələrindən, həmçinin həmkarlar ittifaqları səviyyəsində əlaqələrdən bəhs olunub.Qudratulla Rafiqov dəvəti qəbul edib Özbəkistan Həmkarlar İttifaqı Günü ilə əlaqədar təşkil olunana tədbirlərə qatıldığı üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova təşəkkürünü bildirib və rəhbəri olduğu Federasiyanın tarixindən, keçdiyi inkişaf yolundan, funksiyalarından, işçilərin əmək hüquqlarının qorunması istiqamətində atdığı addımlardan danışıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qardaş ölkəyə səfərindən, özbəkistanlı həmkarları üçün əlamətdar gündə onlarla birlikdə olmaqdan mənunluğunu bildirib.
Qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin birgə səyləri sayəsində ölkələrimiz arasında əlaqələr dinamik olaraq inkişaf edir, bu, həmkarlar ittifaqları arasında əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərir. Onun sözlərinə görə, mövzusundan asılı olmayaraq, istənilən məsələdə hər iki təşkilat bir-birinə dəstək olur, eyni zamanda həmkarlar ittifaqlarının yubiley tədbirlərində, qurultaylarında nümayəndə heyətləri iştirak edir.Sahə həmkarlar ittifaqları arasında da əməkdaşlığın qurulmasının və inkişaf etdirilməsinin vacibliyinə də toxunan Konfederasiya sədri artıq indiyə kimi bu istiqamətdə atılan addımları xatırladıb. O, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının yaradılmasını tarixi hadisə adlandırıb və bu çərçivədə də əməkdaşlığın önəmini vurğulayıb.Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, əlaqələrin gələcək inkişafına dair təkliflər səslənib.
Lider-Media.az













ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
NİTQİ ORDUYA BƏRABƏR LİDER
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezident İlham Əliyev Fərman imzaladı
Bakıda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya həsr olunmuş konfrans keçiriləcək
MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
XƏBƏRDARLIQ
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Prezidentin sosial şəbəkə hesablarında PAYLAŞIM
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Xalq rəssamı Fərhad Xəlilova
MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində
F.Q.Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq
Yeni icra başçısı kollektivə təqdim olunub
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu
Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət