lider-media.az

AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb

Tarix: 14-10-2024, 15:13

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi AHİK-in Əmək və Sоsial Münasibətlər Akademiyasında olub.

Bildirilib ki, ali təhsil ocağında Maliyyə-iqtisad və Sosial iş fakültələri fəaliyyət göstərir. Maliyyə-iqtisad fakültəsinin nəzdində 3 kafedra, 2 araşdırma mərkəzi və 2 tədris laboratoriyası, Sosial iş fakültəsində isə 2 kafedra var. Hazırda bir tədris laboratoriyası və araşdırma mərkəzi qurulma mərhələsindədir. Bakalavr səviyyəsində 1026, magistratura səviyyəsində 48 tələbə təhsil alır.

AHİK sədri Sahib Məmmədov Akademiyanın binasında professor-müəllim heyəti üçün nəzərdə tutulmuş otaqlara, tələbələr üçün tədris zallarına, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və akt zallarına, kitabxanaya baxıb, burada mövcud şəraitlə maraqlanıb

Akademiyada səmərəli idarəetmə mexanizminin formalaşdırılması, tədrisin keyfiyyətinin artırılması, qabaqcıl beynəlxalq standartlar əsasında müasirləşdirilməsi, eləcə də dünyanın nüfuzlu universitetləri ilə münasibətlərin qurulması və təcrübə mübadilələrinin aparılmasının zəruriliyini diqqətə çatdıran Konfederasiya sədri Akademiyanın abituriyentlər üçün cəlbedici olması, məzunlarına əmək bazarında tələbatın yüksəldilməsi üçün tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Həmçinin əmək bazarının tələbləri və dünya təcrübəsi nəzərə alınmaqla Akademiyada yeni ixtisasların yaradılması və “AHİK könüllüləri” proqramı iştirakçılarına təlimlərin keçirilməsi qərara alınıb.AHİK-in qarşıdakı startap layihələri barədə danışan Konfederasiya sədri bunun həmkarlar ittifaqlarının səmərəli fəaliyyətində önəmini qeyd edib.Sonra həmin binada yerləşən AHİK-in üzv təşkilatlarının iş şəraiti ilə tanışlıq olub.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi