lider-media.az

Cavan qalmaq istəyirsiniz?

Baxış sayı: 100 Tarix: 25-01-2024, 10:45

   Həyatın dəyişməz qanunlarından biri də yaşlanmaqdır. Bu prosesi birdəfəlik dayandıra bilməsək də, gedişatı təbii yollarla müəyyən qədər ləngidə bilərik.

      Bunun üçün mütləq orqanizmdə kollagenin səviyyəsini artıran məhsullardan müntəzəm istifadə etməyiniz məsləhət görülür. Yəqin ki, hamınız kollagenin nə olduğunu yaxşı bilirsiniz. Kollagen insan orqanizmi üçün əhəmiyyət kəsb edən zülaldır. O, əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının da əsasını təşkil edir. Dünyaya gəldiyimiz andan orqanizmimizdə ən yüksək səviyyədə olan kollagen illər ötdükcə azalır. Yaşlanmağımızın səbəbi də məhz onun azalmasıdır. Lakin orqanizmdə kollagenin səviyyəsini artıran qidalardan  istifadə etsək, dərimizin yaşlanmasını ləngidə bilərik.

Belə ki, yaşıl yarpaqlı tərəvəzlər. Nanə, yaşıl çay, ispanaq, cəfəri, pərpətöyün və sair tərəvəzlər orqanizmin kollagen səviyyəsini artıran qidalar sırasındadır. Onlar tərkibindəki antioksidant sayəsində dərini ölü hüceyrələrdən təmizləyir.

    Sitrus bitkiləri. Naringi, portağal, limon kimi yüksək C vitamini tərkibli qidalar da bədəndə kollagenin səviyyəsini artırır. Bu meyvələrdən həm də qulluq vasitəsi kimi istifadə edərək, dərinizin təravətli görünüşünə nail ola bilərsiniz.

    Süd və süd məmulatları. Pendir, süd, qatıq, kefir kimi süd məmulatları dərinin qırışlanmasının qarşısını uzun müddət ala bilir.

     Qırmızı meyvələr. Meyvələrə qırmızı rəng verən “flavanoidlər” eyni zamanda, kollagen ifrazını artırır. Bu meyvələr həmçinin Günəşin zərərli şüalarının dəriyə birbaşa təsirinin qarşısını da alır. Bu sıyahıya qara tut, çiyələk, albalı, üzüm, pomidor, qırmızı bibər, çuğundur kimi meyvə və tərəvəzləri aid etmək olar.

     Çərəzlər. Çərəzlər də öz növbəsində dərini təbii yağlarla qidalandıraraq ölü hüceyrələrdən təmizləyir. Bunların içərisində özəlliklə, fıstıq, fındıq, qoz və badamı qeyd etmək lazımdır. Bu çərəzləri “gənclik sirri” də adlandırmaq olar. Onlardan gün ərzində bəlli miqdarda istifadə etmək kollagen artımına təkan verir.

     Ət, balıq, toyuq. Kollagenin artımına səbəb olan qidalardan ət, balıq və toyuğu da xüsusi qeyd etmək lazımdır. Sadaladığımız qidalar heyvan mənşəli proteinlər olaraq orqanizmdə kollageni artıran ən vacib qidalardır.

     Təqdim edilən bu məhsullardan  müntəzəm, qədərində  istifadə etsəniz cavan və sağlam qalacaqsınız.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi