lider-media.az

CAVAN QALMAQ İSTƏYİRSİNİZ?

Baxış sayı: 88 Tarix: 21-01-2024, 23:05


 Elə bir insan tapılmaz ki, cavan qalmaq istəməsin. Çünki cavanlıq insan həyatının ən gözəl çağlarıdır. Orta yaş həddini keçən zaman insanda tez qocalmağına dair bir qorxu yaranır. Bu qorxunu sağlam yemək və sağlam adət rejimi ilə ləngitmək mümkündür. Bu yolla  uzun müddət cavan və sağlam qala bilərsiniz.

Bu gün bütün dünyanın qocalma əleyhinə mübarizədə istifadə etdiyi üsullardan biri də orqanizmin mühitinin qələviləşdirilməsidir. Belə ki, marketlərdə satılan ərzaqların hamısını bir yerə yığıb turşu-qələvi nisbətini yoxlasaq burda 70/30 nisbətində bir rəqəm alınacaq, yəni qidaların 70 faizi mühitin turşuluğa doğru dəyişməsinə təkan verirsə, yalnız 30 faizi qələvi istiqamətə yönlənməyinə səbəb olur. Deməli, zaman-zaman bizim bədənimizin mühiti turşlaşır, ona görə də çarəsi tapılmayan xəstəliklər əmələ gəlməyə başlayır və müalicəyə çətin tabe olurlar. Təsəvvür edin ki, insan  20-30 il belə qidalarla qidalanır, sonda ağır xəstəliklərə tutulur. Mühiti bərpa etmək özü də vaxt aparır, gərək ömür imkan versin ki, qələvili qidalar yeyilsin və balans bərpa olunsun. Ona görə də xəstə olmamışdan əvvəl meyvə-tərəvəz, əsasən də yerli bostan məhsulları, məsələn, kələm salatı, kök şirəsi, zeytun yağı, alma sirkəsi, göyərtilər, çiy su, rafinə olunmamış qidalar yeyilməli, açıq havada bol-bol gəzməyi vaxtında vərdişə çevirməli, mümkün qədər sənaye məhsullarından uzaq durulmalıdır. Adi qara çay və qəhvə çox az istifadə olunmalıdır. Kimyəvi dərmanlar istifadədən çıxarılmalı, əvəzinə təbii vasitələr qəbul edilməlidir. Hər gün ən azından 2 saat açıq havada gəzmək lazımdır. Gündəlik işlərinizdən ləzzət almağa çalışın. İşlərin çoxliğu sizi yoran zaman dərin bir nəfəs alın və bu nəfəs sizin stress və yorğunluğunuzu aradan qaldıracaq. Beləliklə, gördüyünüz işlərdən ləzzət almağa başlayacaqsınız. Bu isə sizin cavan və sağlam qalmağınıza səbəb olan amillərdən olacaq.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi