lider-media.az

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar

Tarix: 22-03-2024, 20:40

Azərbaycan cüdoçusu Ruslan Paşayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Matteo Pirasa qalib gəlib.

Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) yarışda üçüncü yeri tutub. Bununla da Azərbaycanın cüdo millisi “Böyük dəbilqə”nin ilk gününü iki medalla başa vurub.

Bu gün mübarizəyə qoşulan yığmanın digər 6 üzvü mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, Azərbaycan yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.

Turnir martın 24-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi