lider-media.az

Dekabrın 29-u saat 11:00-a olan faktiki hava

Baxış: 130 Tarix: 29-12-2024, 12:13

Dekabrın 29-u saat 11:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11 : 00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, düşən yağıntının miqdarı Balakəndə 19, Zaqatalada 11,  Kəlbəcərdə 7 , Laçında 4 , Quba, Xocalı, Neftçala, Qusar, Qobustan, Qəbələ, Şəki, Şamaxı, Xaltan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şabran, Gəncədə 2 mm,  Bakıda və Abşeron yarımadasında isə  3 mm-dir.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahdağda 16, Quba 7, Şahbuzda 6, Qaxda 5 sm-dir.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 17 m/s, Naftalanda 18 m/s-dək güclənib.
Sumqayıt, Binə, Pirallahı, Şərur, Hacıqabul, Daşkəsən, Göygöl, Zaqatala, Naxçıvan, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Yevlax, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi