Bu barədə Lider-media.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, su şəbəkəsinə qoşulma sahəsində aparılmış ən son islahatlar nəticəsindəşəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyatakeçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə AzərbaycanRespublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 305 nömrəli Qərarı ilə“Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminəqoşulması Qaydası” təsdiq edilib.Yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunanburaxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud vəya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texnikişərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçininödənişiəsasındasutəchizatımüəssisələritərəfindənhəyatakeçiriləcək.Sutkaərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşaediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçitərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihəninhazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulmanöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya sutəchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulmalayihələri hazırlanarkən, tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədətələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcudolmalıdır.Məlumat üçün bildiririk ki, yeni qaydalar “Sutəchizatı və tullantı sularıhaqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəliQanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” AzərbaycanRespublikası Qanununun tətbiq edilməsi barədə ”Azərbaycan RespublikasıPrezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklikedilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli52 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar biznes mühitivə beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin rəhbərlik etdiyi “Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindəntəşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflərtəqdim olunub.