lider-media.az

Su şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatların təqdimatı keçirilib

Tarix: 25-05-2024, 10:23

Biznes mühiti beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə
qoşulma” işçi qrupunun 24 may 2024-cü il tarixində keçirilən genişləndirilmiş iclasında su
şəbəkəsinə qoşulma üzrə iqtisadi islahatlar, o cümlədən su təchizatı kanalizasiya
sistemlərinə qoşulma üçün Vahid Pəncərə sisteminin yaradılması barədə təqdimatlar
keçirilmişdir.
Lider-media.az-a  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə,
Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirmişdir ki, Azərbaycan
Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və
tullantı suları haqqında”Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə
qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin
başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar
yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma
üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma
xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza
yaradılıb.
V.Şıxəliyev vurğulayıb ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın
tərkibində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi “Su şəbəkələrinə
qoşulma” işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il
ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra olunub,
yeniiqtisaditəşəbbüslərinhazırlanması,xüsusiləqanunvericiliyinindahada
təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində komplekstəkliflərin aidiyyəti üzrə
təqdim olunması təmin olunub.
İşçi qrupunun rəhbəri,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri
EtibarMəmmədovçıxışındaişçiqrupdaxilindəkoordinasiyalıfəaliyyətintəşkil
olunduğunu, su şəbəkəsinə qoşulma üzrə həm qanunvericiliyin, həm də inzibatçılığın
təkmilləşdiirlməsi üzrə işçi qrupun 10-ayaxın iclasının, habelə çoxsaylı tematik iclas və
görüşlərin keçirildiyini, qısa müddətdəaidiyyəti dövlət qurumlarının yaxından dəstəyi ilə
müasirçağırışlaracavabverəniqtisadiislahattəşəbbüsüiləbağlıtəkliflərpaketinin
hazırlanaraq təqdim edildiyini diqqətə çatdırdı.
E.Məmmədovun sözlərinə əsasən, bu sahədə çox mühüm yenilik kimiAzərbaycan
Dövlət Su Ehtiyatları Agentliyindəsu təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün
Vahid Pəncərə sisteminin yaradılması, su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti
üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formallaşdırılması,
məlumatların əlçatanlığının təmin olunması, müasir idarəetmə əsasında aidiyyəti dövlət
qurumları ilə inteqrasiyanın yaradılmasıdır.
İclasın gündəliyə uyğun olaraq qanunvericilikdə aparılan ən son dəyişikliklər, yeni
anlayışlarhüquqitənzimləmələr,suşəbəkəsinəqoşulmaüzrəmüasirçevik
yanaşmanın tətbiqiilə bağlı təqdimat olunub.
Eyni zamanda, iclasda tikinti obyektlərinin su təchizatı və kanalizasiya sistemlərinə
qoşulması məqsədiləprosedurların sayı, müddətlər, icra olunacaq işlər, qoşulma üzrə yeni
proseslər xəritəsi, ləğv olunan prosedurlar və günlər, habelə xərclərin azaldılması vəVahid
Pəncərə sisteminə dair təqdimat keçirilib.
Tədbirin sonunda Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Kommunal
xidmətlər“Su şəbəkəsinə” qoşulma”indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin
həyata keçirilməsinə dair2024-cü il üzrə Yol Xəritəsi, qarşıda duran hədəflər vəmüasir
prioritetlər mövzusundatəqdimat iclas iştirakçılarına təqdim edilib.
İclasdaSuşəbəkəsinəqoşulmaüzrərəyverənbütündövlətqurumlarının
nümayəndələri,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi
qrupuna üzv olan digər aidiyyəti qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri,
sahibkarlar və media nümayəndələri iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi