lider-media.az

MEK “Prezident İlham Əliyev” adlı virtual sərgini təqdim edir

Baxış: 465 Tarix: 25-12-2024, 08:43

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) fondlarındakı nəşrlərdən ibarət virtual sərgi hazırlayıb.

Sərgidə təqdim edilmiş Azərbaycan və xarici dillərdə “Böyük Qayıdış: Post müharibə dövründə siyasət və etika məsələləri”, “Heydər Əliyev – İlham Əliyev: müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” 3 cilddə, “Siyasi varisliyin uğur formulu”, “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev Dühası və Siyasi Varislik”, “Əliyev, İlham Heydər oğlu. İnkişaf-məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar”, “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” və digər nəşrlərdə dahi və müdrik ölkə başçısının misli görünməmiş zəfərləri və bu zəfərlərin səbəbləri şərh olunub, müasir Azərbaycanı güclü dövlətə çevirən ideyaları, modernləşmə xəttində azərbaycançılığa siyasi-sosioloji baxışı, postmüharibə dövrünün milli prioritetləri öz əksini tapıb.

Bundan əlavə, virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti, fotoları, çıxışları, haqqında deyilən dəyərli fikirlər də yer alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi