lider-media.az

Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti Ali Məhkəmədə olub

Baxış: 115 Tarix: 19-12-2024, 12:50

Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti Ali Məhkəmədə olub


Dekabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüşdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Qonaqlara Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə mühüm tədbirlər görülür.

Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığından bəhs edilib, hakimliyə namizədlərin biliklərinin artırılması, eyni zamanda, Türkiyənin məhkəmə təcrübəsinin öyrənilməsi məqsədilə səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Muhittin Özdemir ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi