lider-media.az

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Baxış: 105 Tarix: 18-12-2024, 11:23

Serbiyada bu ölkənin dağ-mədən və energetika naziri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən, enerji üzrə işbirliyinin inkişafı barədə müzakirə aparılıb.İqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsində Belqradda bu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçlə görüşüb. Görüşdə SOCAR-ın və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında genişlənir. Energetika sahəsi ikitərəfli iqtisadi tərəfdaşlığın gücləndirilməsində önəmli faktordur.Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən, Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi imkanları barədə müzakirə aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi