lider-media.az

Xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq uğurla davam etdirilir

Baxış: 128 Tarix: 17-12-2024, 18:09

  11-13 dekabr tarixlərində Tacikistan Respublikası Baş Prokurorluğu tərəfindən Düşənbə şəhərində “Məhkəmələrdə işlərə baxılması zamanı prokurorun iştirakı” mövzusunda seminar təşkil edilmişdir.

  Seminarda Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Murad Vəliyev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Babək Əliyev, Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyev və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Emil Xankişiyevdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

  Seminarda hər iki ölkədə məhkəmədə cinayət işlərinə baxılması qaydaları ilə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmış və təcrübə mübadiləsi həyata keçirilmişdir.

  Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndə heyətindən Murad Vəliyev məhkəmələrdə cinayət işlərinə baxılması zamanı prokurorun iştirakı mövzusunda çıxış etmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi