lider-media.az

Tozlu hava şəraiti axşam saatlarına qədər davam edəcək

Baxış: 998 Tarix: 16-03-2024, 13:00

Avtomatik meteoroloji stansiyalardan əldə edilən məlumatlara əsasən dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva AZƏRTAC-a bildirib ki, havada tozun miqdarı 1.7- 1.9 dəfə normadan artıqdır.

Baş mütəxəssisin sözlərinə görə, tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi