lider-media.az

Novruzun ilk müjdəçisi - su çərşənbəsində 7 dərəcəyədək isti müşahidə olunur

Baxış: 201 Tarix: 27-02-2024, 13:51

Bu gün Novruzun ilk müjdəçisi olan su çərşənbəsidir. Su çərşənbəsi həyatımıza aydınlıq, ruhumuza saflıq gətirir. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən su çərşənbəsində ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, bu gün - su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

“Son illərin statistikasına görə, su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır. Məsələn, 2018-ci ilin su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə, 2019-cu ildə 12 dərəcə, 2020-ci ildə 15 dərəcə, 2021-ci ildə 10 dərəcə, 2022-ci ildə 13 dərəcə, 2023-cü ildə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”, - deyə xidmət rəisi bildirib.

Xidmət rəisi qeyd edib ki, son illərin çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, 2024-cü ilin su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha aşağı temperatur ilə səciyyələnir: "Su çərşənbəsinin inancları suyun təbiətdə bütün canlıların həyat mənbəyi olduğunu göstərir. Bu baxımdan onu qorumaq və əlbəttə ki, sudan qənaətlə istifadə etmək lazımdır".

Su çərşənbəniz mübarək!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi